AVMVİB üzvləri dahi rəhbərin abidəsini ziyarət etdilər

AVMVİB sədrinin I müavini Kamil Şirinovun rəhbərliyi ilə bir qrup müharibə veteranları M.Ə. Rəsulzadənin abidəsini ziyarət ediblər.

Kamil Şirinov bu tarixi günlə bağlı bildirdi ki, 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Biz bu Böyük gün uğrunda vuruşmuş insanlarıq. Rəsulzadə yolunun yolçularıyıq. Bu gün münasibətiylə hər kəsi təbrik edirəm…

Bu xəbəri paylaşın: