Keçmiş əsir Babayev Əlizadə Baba oğlunun dedikləri : «Erməni saqqallıları Əsgəran rayonun Dəhrəz kəndində əsir saxlanılan Azərbaycanlı qızları zorlayır, onlara müqqvimət göstərən qadınların damarına şprislə solyarka vururdular. İşgəncə verərək qardaşı bacısını zorlamağa məcbur edirdilər.
Qeyd edim ki, ermənilər Əlizadəni döyərək qolunu qırıblar».
Keçmiş əsir Həsənov Şahin Qulam oğlunun dedikləri: «Hadrut rayonunda Jora, Lyova, Borya adlı erməni zabitlər Azərbaycanlı əsir qızları zorlayır, buna qarşı çıxan Azərbaycanlı əsir kişilərə işgəncə verirdilər. Bir əsir Azərbaycanlı qız zorlanmağına dözməyib əlinə yaba alıb özünü öldürdü»…
Qeyd edim ki, ermənilər Şahinin əl barmaqlarını taxıl səpən aqreqatın dişləri arasına salıb qırıblar.

Keçmiş əsir Rüstəmov İlqar Malik oğlunun dedikləri: «Ermənilər Azərbaycanlı əsir kişilərə işgəncə verdikdən sonra onları soyundurub biri birlərini zorlamağa məcbur edirdilər. Əsirlər Bunu etmədikləri halda onların cinsiyyət orqanlarını tapdalayıb əzirdilər»…
Keçmiş əsir Bağırov Sahib Qərib oğlunun dedikləri: «Ermənistan Təhlükəsizlik Nazirliyinin zabiti Albert Voskanyan Azərbaycanlı əsir qadınlar zorlanarkən ona müqavimət göstərməsin deyə Şuşa həbsxanasında onları nəzarətçilərə döydürüb sonra zorlayırdı»…
Keşmiş əsir G. B. Quliyevanın dedikləri: «Ermənistan Təhlükəsizlik Nazirliyin Zabiti Albert Voskanyan atası öldürülmüş Azərbaycanlı əsir qızı atasının cənazəsi üstə zorladı. O üç əsir qadını erməni silahlılarına zorladıb özü bundan həzz alırdı»…
Azərbaycanlı əsir kişiləri əlləri bağlı halda döyüb işgəncə verdikdən sonra onları içərisi xlorlu su ilə dolu kameraya atırdılar.
Keçmiş əsir Səfərov Zabil Kamran oğlunun dedikləri: «Ağdərə üzrə erməni silahlılarının komandir müavini Aşot Xankəndində 12-13 yaşlı Azərbaycanlı azyaşlı əsir qızları zorlayıb işgəncə verirdi. Bu işgəncəni görən bir əsir qadın dözməyib özünü kəndirlə boğub öldürdü.

Daha yüzlərcə belə faktlar var.
İşgəncəyə, zorlanmaya məruz qalan qadınlar haqda Dövlət Komissiyasında daha ətraflı məlumat var.
Erməni cinayətlərini sübut edən Böyük Britaniyalı professor
16 fevral 1994 cü ildə 8 nəfər Azərbaycanlı əsirin öldürülməsinə görə Ermınistan Xarici İşlər Nazirliyi dinc əhalini öldürdüklərinə yalancı döyüş donu geyindirərək bəyanat verdmişdi.
Guya 8 nəfər Azərbaycanlı əsir erməni əsgərlərinə silahlı müqavimət göstərib qaçarkən atışmada öldürülüb.
Bakıda cəsədlərin üzərində keçrilən məhkəmə tibbi ekspertizası zamanı Beynalxalq Hüquq və Sosial Təbabət Akademiyasının Rəyasət heyətinin və Böyük Britaniyanın «Həkimlər İnsan Uğrunda» təşkilatının üzvü, professor Derek Paunder 8 nəfər Azərbaycanlı əsirin yaxın məsafədən tapançayla gicgah nahiyələrinə açılan atəşlə öldürüldüyünü sübut etdi.
Dark Paunder bəyan etdi ki, Azərbaycanlı əsirlər qaçarkən deyil, qəsdən öldürülüb.
Dark Paunder bəyanatında bildirçişdi ki, «qaçarkən öldürülüb» iddasını qəbul etmir və ermənilərin bu əməli əsirlərə qarşı törətdiyi vəhşilik və hərbi cinayətdir.
#GizliFAYL
