Rusiya Türkiyəyə qarşı Haftara silah və döyüşçü daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Voll Strit Jurnal” nəşri məlumat yayıb ki, Suriyadakı hərbi bazadan Liviyaya davamlı olaraq Rusiyaya məxsus yük təyyarələri gedib-gəlir.

Həmin nəşr yazır ki, təyyarələr vasitəsilə Liviyaya hərbi heyət və silah-sursat daşınır:

“Bundan başqa, Rusiya may və iyun aylarında Liviyaya həm MiQ-29 qırıcılarını, həm də ən qabaqcıl radar sistemlərini göndərib”.

Həmçinin, Rusiyanın aprel ayında Haftara özü hazırladığı 100 tona yaxın Liviya əsginazı göndərdiyi iddia olunub. Qəzet bu iddianı Rusiya Gömrük Xidmətinin qeydlərinə əsasən yayıb.

Məlumata görə, Rusiya hazırda qiyamçı Haftara alternativ tapmağa çalışır.

Bu xəbəri paylaşın: