Su uğrunda müharibələr olacaq

Redaksiyadan: Bu yazı 2005-ci ildə yazılıb və «Fədai» qəzetində çap edilib. Müəllif bu məqaləyə eyni zamanda 2006-cı ildə nəşr edilmiş «Unudulmuş Turanın çöl çiçəkləri» kitabında da yer vermişdir. Dünyanı və Azərbaycanı gözləyən su böhranı barədə xəbərdarlıq etmişdi və maraqlıdır ki, kritik il kimi bu yazıda 2020-ci ili göstərib. Azərbaycanın bir sıra bölgələrində su qıtlığından narazılıqlar yarandığı bir vaxtda bu yazını diqqətdən kənarda qoya bilmədik. Müəllif Xaqani Ədəboğluna minnətdarlığımızı bildirir və məqaləni 16 il sonra bir daha Fedai.az saytında yayınlayırıq…

______________________________________________________________________

Klassiklər müharibəni iqtisadiyyatın davamı kimi gözdən keçirirlər. Kaliforniya universitetindən olan politoloqlar müharibələrin artıq neft yataqları uğrunda deyil, həyat mənbəyi sayılan H2O uğrunda olacağı qənaətindədirlər.Ekspertlərin rəylərinə görə 50 il sonra içməli su qıtlığı planetdə dərin böhrana səbəb olacaq. «Bu problem o qədər ciddi olacaq ki, bütün bəşəriyyət təhlükə qarşısında qalacaq» -deyə Polaris Tədqiqatlar Mərkəzinin direktoru Toni Klark bu məsələyə münasibət bildirib.

BMT Ərzaq Təşkilatının araşdırmalarına görə, 2030-cu ildə içməli suya olan tələbat 60% artacaq. İçməli su mənbələri isə çirklənmə, meşələrin qırılması, su mənbələrinə atılan zibillər sayəsində azalacaq.

Artıq bir sıra ölkələrdə su çatışmazlığı duyulmaqdadır. Hər il susuzluqdan 3 milyon insan ölür. Ən ağır vəziyyət Küveytdə qeydə alınıb. İl ərzində adam başına 11 kub metr su düşür. Misirdə 43, Ərəb Əmirliklərində isə bu rəqəm 64 kub metrdir. Təmiz içməli su qıtlığını inkişaf etmiş ölkələrdəki şəhərlərin hər 3-dən 1-i hiss eləyir. ÜST-ün məlumatına görə, Avropa əhalisinin 15%-i su mənbələri olmayan ərazilərdə məskulaşıblar. Şərqi Avropada isə bol su ehtiyyatı olan ərazilər Skandinaviya və Alp dağlarına yaxın ərazilər sayılır.

Madagiz su anbarı

Əlbəttə, bu gün dəniz suyundan içməli su almaq üsulları mövcuddur. Bu qurğulardan sualtı qayıqlarda, neft qazma platformalarında və gəmilərdə istifadə olunur. Amma bu çox məsrəfli olduğundan ondan ekstremal şəraitlərdə istifadə olunur. Hətta günəş enerjisindən istifadə edilsə belə, problemin bu üsulla həlli çox mürəkkəbdir. Bir çox ölkələrdə içməli su əldə etmək üçün aysberqlərdən istifadə olunur. Onları yedək vasitəsiylə Ərəb Əmirliklərinə aparırlar. Bu da sahil dövlətləri üçün əlverişlidir, həm də əbədi deyil.

Alimlərin hesablamalarına görə, iqlimin qızması (Dünya şöhrətli azərbaycanlı alim İkram Kərimovun versiyasına görə Yer qabığının qızması -red) buzlaqların əriməsinə səbəb olacaq. Bu tək Arktikada deyil, Antarktida da baş verəcək. Bu səbəbdən çox ölkələr içməli suya möhtac qalacaq. Cənubi Asiya ölkələrinin əhalisi, xüsusiylə əziyyət çəkəcəklər. Bu ərazilərin suyu əsasən, Himalayın buzlaqlarından başlanır. Həm də dünya əhalisinin üçdə biri, məhz bu ərazilərdə yaşayır. Latın Amerikasında — Ekvadorda, Peruda, Boliviyada And dağlarının buzlaqları yeganə içməli su mənbəyi sayılır. İçməli su problemi ilə paralel olaraq okean səthlərinin qalxması baş verəcək. Kənd təsərrüfatı üçün yararlı nəhəng ərazilər su altında qalacaq.

Sözsüz ki, alimlər bu vəziyyətə təsir etməyə çalışacaqlar. Hazırda Afrikanın Kilimancaro dağlarının buzlaqlarını xilas etmək üçün nadir eksperimentlər aparılır. Mütəxəssislər qrupu Zimbabve ərazilərindəki buzlaqları plastik örtüklə örtməyə çalışır. Amma hesablamalara görə, əriyib yoxa çıxan ilk buzlaq bunlar olacaq və bu «X» saatı 2020-ci ilə təsadüf edəcək. Yer kürəsi bu saatdan etibarən su qıtlığı ilə üzləşməyə başlayacaq.

Buzlaqların bu üsulla xilas edilməsi absurddur. Həm də bu üsul bəşəriyyəti su uğrundakı müharibələrdən xilas edə bilməyəcək. Bu müharibə harada və nə vaxt başlayacaq?

Polaris TM-nintədqiqatlarına görə, bu müharibə bol sulu çaylar axan ölkələrdə baş verəcək. Avropada belə su arteriyası Dunay, Mərkəzi Asiyada isə Amu Dərya sayılır. Hazırda su üstündə münaqişələr var.Qırğızıstandakı SES-lərdən digər ölkələrə su verilmir. Hərbi strateqlərin fikrincə, razılaşma əldə edilməzsə, yaxın 10 il ərzində bu hidrotexniki qurğulara bomba, yaxud da raket zərbələri vurula bilər.

Hazırda plastik butulkalarda içməli su satışı dünyanın ən inkişaf edən sahəsinə çevrilib. Hər il bu üsulla 100 milyardlarla litr içməli su satılır. İngiltərənin «Ekonomist» jurnalının yaydığı məlumata görə, bu sahənin gəliri 1 ildə trilyon dolları ötür. Bu isə neft gəlirlərinin 40%-i deməkdir. 10 il sonra su satışından əldə olunan vəsaitin həcmi 5 trilyon dollar olacaqdır.

Bu gün «Su bazarının» yaradılmasıgündəmdədir. Bu yolla içməli su probleminin həlli yolları araşdırılacaqdır. Bazarda Rusiyanın önəmli yer tutması qaçılmazdır. Çünki dünyanın su ehtiyyatlarının üçdə biri ona məxsusdur.

Hesablamalara görə, su, neft, yaxud da meşə məmulatlarına nisbətən az investisiya tələb edən bir nemətdir. Onun emalı,nəqli o qədər də çətin deyil.

Bəs Azərbaycanda vəziyyət necədir?

Tecili bu erazini isgaldan azad etmeliyik – Millet vekili - Musavat.az
Sərsəng SES

Normal insan hər gün 100-200 l su işlədir. Bu normativə uyğun olaraq, Azərbaycanın bir sıra bölgələrində su qıtlığı indidən duyulmaqdadır. Su qıtlığı ilə üzləşəcək ölkələr arasında Azərbaycan da var. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi xarici ölkələrdən axan Kür və Araz çayları ilə Türkiyədən, Samur çayı vasitəsilə Rusiyadan gəlir. Adambaşına düşən suyun miqdarı Gürcüstanda bizdəkindən 5-7 dəfə, Ermənistanda 2,5-3 dəfə çoxdur. Həm becərilən torpaqlar, həm sənaye, həm də demoqrafik say baxımından bunu normal saymaq olar. Lakin səmərəli istifadə edə bilsək, həyati əhəmiyyətli nemət bizdə heç də qıt deyil. Ölkənin, həm şimalında, həm qərbində, həm də şərqində daimi axarlı bol sulu çaylar var. Kür və Araz ölkəmizin əsas su arteriyası sayılır. Mərkəzi Aran, Mil-Muğan, hətta Abşeron yarmadası bu çayların hesabına öz tələbatını ödəyir. Alternativlər üzərində ciddi iş aparılmalıdır.

Dünyanın artıq neft qədər önəm verdiyi içməli su bizi düşündürürmü?

Ermənilər Ağdama su kanalı çəkir – Suvarma üçün » Regionxeberleri.com
Xaçın Su anbarı

Qarabağın işğalınınbu problemənə qədər təsiri var? Azərbaycanın daha çox su ehtiyyatları Kiçik Qafqaz dağlarının buzlaqlarından təmin olunmalıdır. Böyük Qafqaza nisbətən şirin su ehtiyyatları ilə zəngin bölgələrimiz düşmən işğalı altındadır. Azərbaycanın əsas su mənbəyi sayılan bu ərazidə Xaçın, Qabartı, Tərtər, Qarqar, Bərgüşad, Həkəri, Köndələn və yüzlərlə xırda axarlar, həmçinin zirvələri qarla örtülü Kirs, Qırxqız, Murov kimi yüksəkliklər var. Bu ərazidə Xaçın su ambarı, Madagiz su anbarı və Sərsəng SES fəaliyyətdədir.Erməni işğalçıları bu anbarların köməyi ilə Xaçın və Tərtər çaylarını istədikləri vaxt tam quruda bilirlər.

Düşümnək lazımdır. Heç olmasa 50 il sonrakı 50 yaşlı susuzluqdan ölə biləcək övladlarımız naminə, 50 il sonra tükənəcək neftin əvəzinə dünya bazarına çıxaracağımız içməli suyun xatirinə Qarabağı azad etməliyik! (X. Ədəboğlu «Unudulmuş Turanın çöl çiçəkləri» Bakı 2006, S. 465)

Bu xəbəri paylaşın: