İctimai təşkilatlar dövlətin yaddaşı və xalqın səsi kimi

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə elmi ictimaiyyətə deyil, bütün vətəndaş cəmiyyəti institutlarına — xüsusən də ictimai təşkilatlara strateji yol xəritəsi təqdim etdi. Dövlət başçısının “İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimlər …bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır; həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi” çağırışı ictimai institutların milli maraqların müdafiəsində, tarixi həqiqətlərin dünyaya çatdırılmasında aparıcı rolunu açıq şəkildə təsdiq edir.

Prezidentimizin “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” tezisi isə ictimai təşkilatların missiyasını daha da konkretləşdirir: informasiya müharibəsində faktla, arqumentlə, mədəniyyətlə, elmlə qalib gəlmək; sivil, hüquqi və humanitar kanallarla həqiqətlərimizi təqdim edib, cəmiyyətdə uzunmüddətli etimadı gücləndirmək.

Cənab Prezidentin vurğuladığı kimi, burada əsas vəzifə dövlətin üzərinə düşür; lakin ictimai təşkilatlar bu səyləri cəmiyyətin içində əlaqələndirən və gücləndirən əsas mexanizmlərdən biridir. Dövlətin siyasi iradəsi ilə ictimai təşkilatların könüllü təşəbbüsü bir araya gəldikdə, bu həm idarəetmədə, həm də milli həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri olaraq bəyan edirik: dövlətin yanında, Prezidentin çağırışlarının icrasında bundan sonra da onun sadiq əsgərləri kimi səfərbər olmaqda davam edəcəyik. Bu yol Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlətçilik xəttinə sadiqliyin, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müəyyənləşdirdiyi reallıqların davamıdır. İctimai təşkilat olmaq — dövlətin yaddaşını daşımaq, vicdanını qorumaq deməkdir.

Bu xəbəri paylaşın: