AVMVİB rəhbərliyi və üzvləri Şəhidlərimizlə vida mərasimində iştirak etdi

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan qəhrəman şəhidlərimiz — Azər Zirəddin oğlu Bayramov, Əliyar Fərrux oğlu Əliyev və İlham İmdad oğlu Mehdiyev ilə vida mərasimində iştirak ediblər.

Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, dövlət bayraqları ilə bükülmüş tabutları önünə gül dəstələri düzülüb. Mərasim iştirakçıları bildiriblər ki, bu gün şəhidlərin ruhu rahatdır, çünki Azərbaycan dövləti onların uğrunda can verdiyi torpaqları azad etmiş, xalqımızın başını uca etmişdir.

Mərasimlə bağlı saytımıza açıqlama verən AVMVİB sədri Füzuli Rzaquliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, şəhidlərimizin qanının yerdə qalmadığını sübut etdi: Azərbaycan xalqı bu qələbə ilə həm öz şərəfini, həm də dövlətinin əzəmətini qorudu. Ulu Öndər Heydər Əliyevin qurduğu dövlətçilik sütunları üzərində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları bu gün yeni bir tarixi mərhələ yaradıb —- azad, güclü və qalib Azərbaycan!”

Füzuli Rzaquliyev onu da vurğulayıb ki, şəhidlərimizin nəşinin tapılması, dövlətimizin və xalqımızın öz övladına sahib çıxmasının təcəssümüdür: Bu gün xalqımızın birliyi, dövlətimizin ədalətli siyasəti sayəsində hər bir şəhidin adı yenidən yaşadılır, ruhu əziz tutulur. Biz, döyüşçülər və veteranlar, bir daha bəyan edirik ki, dövlətimizin, Prezidentimizin və şəhidlərimizin müqəddəs ruhunun yanında olacağıq.”

Mərasim iştirakçıları şəhidlərin ailələrinə başsağlığı verib, onların göstərdiyi igidliyin gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-10-29-at-14-03-31-1

Whats-App-Image-2025-10-29-at-14-04-43

Whats-App-Image-2025-10-29-at-14-04-43-1

Whats-App-Image-2025-10-29-at-14-04-43-2

Whats-App-Image-2025-10-29-at-14-04-43-3

Bu xəbəri paylaşın: