Şamaxıda Zəfər Gününə həsr olunmuş tədbirdə AVMVİB şöbə sədri təltif olundu

Zəfərimizin 5 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatında təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şamaxı rayon şöbəsi, rayon ictimaiyyəti, ağsaqqallar şurası, icra hakimiyyətinin nümayəndələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə dövlət himni səsləndirilib, tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.

Tədbiri açan YAP Şamaxı rayon şöbəsinin sədri Tural Qasımov 8 Noyabr — Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, bu möhtəşəm qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunduğunu, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyinin bu zəfərin əsasını təşkil etdiyini qeyd edib.

Çıxışında o, vətənpərvərlik ruhunun təbliğində göstərdiyi fəaliyyətinə və Zəfər Gününün 5 illiyi münasibəti ilə AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyevi Fəxri Fərmanla təltif edib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideologiyanın, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və Mehriban xanım Əliyevanın humanitar təşəbbüslərinin parlaq nəticəsidir.

Sonda tədbir iştirakçıları qazilərimizin və veteranların fədakarlığına minnətdarlıq ifadə edib, ruhlarına dualar oxuyublar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-11-07-at-18-10-30

Whats-App-Image-2025-11-07-at-18-10-31

Whats-App-Image-2025-11-07-at-18-10-31-2

Whats-App-Image-2025-11-07-at-18-10-32

Bu xəbəri paylaşın: