AVMVİB sədri DSX əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdi

Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Dövlət Sərhəd Xidmətinin rəhbərliyini, şəxsi heyəti və əməkdaşlarını bu əlamətdar gün — Peşə Bayramı münasibəti ilə təbrik edir, fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında quran bu orqanın Vətən müharibəsi dövründə fəaliyyətini unudulmaz adlandırmaqla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda müharibədə şəhid olmuş cəsur sərhədçilərimizin əziz xatirəsini hörmət və ehtiramla anaraq Uca Allahdan onların ruhuna rəhmət diləyir.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: