AVMVİB Naxçıvan MR təşkilatı şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatı tərəfindən Naxçıvan Dövlət Milli Dram Teatrında Qarabağ müharibələrində itkin düşən Naxçıvanın 10 qəhrəman əsgərinin ailələri ilə görüş keçirilmişdir. Görüş çərçivəsində şəhid Milli Qəhrəman Natiq Qasımovun döyüş yoluna həsr olunan «Oğul» bədii filmi də nümayiş olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daha ətraflı Veteran TV-nin süjetində:

Bu xəbəri paylaşın: