Sentyabrın 15-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin idarə heyətinin növbəti iclası kecirildi. Tədbirdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ruhlarına dualar oxundu. Tədbirin əsas məqsədi 2024-cü ilin sonuna qədər qarşıda duran iş planlarının müzakirəsi idi. Əvvəlcə Neftçala rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, tədris müəssələrinda “Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği” adı altında keciriləcək tədbirlər, daha sonra isə «27 sentyabr Anım günü” il bağlı, o cümlədən gündəlikdə duran digər cari məsələləri barəsində söhbətlər aparıldı. Tədbirin sonunda Xatirə şəkli çəkildi.
AVMVİB Mətbuat xidməti
AVMVİB Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu