Şəhidimiz Müşviq Orucovun mövludu qeyd edildi

Şanlı Aprel Şəhidimiz Müşviq Orucovun 30 yaşı tamam olur. Bu münasibətlə Dədəqorqud qəsəbəsində, Şəhidlər Xiyabanında Şəhidimizin məzarını ziyarət olundu!

Tədbirdə Şəhidimizin ailə üzvləri, AVMVİB Zəngilan rayon şöbəsinin idarə heyəti, Zəngilan rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Xətai və Suraxanı rayonlarının İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər iştirak edirdi. Qazi, dinşunas alim Hacı Həsən Şəhidlərimizin ruhuna dualar oxuduqdan sonra Şəhidlərimizin məzarına güllər düzüldü.


Bütün Şəhidlərimizin, o cümlədən Şəhid Müşviq Orucovun Ruhuna Salam olsun!

AVMVİB Mətbuat xidməti
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev

459756153-8503902679671622-1313672899854394322-n

459982156-8502615649800325-3921661695491048602-n

460603525-8503901426338414-8129870289000680742-n

460621130-8503902213005002-7681528310544934516-n

Bu xəbəri paylaşın: