Yaşıl Teatrda bəstəkar İmruzə Hüseynovanın, sözləri isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri, «Tərəqqi» medalına layiq görülən şairə Nəsibə İsrafil qızına aid olan «Mübarəkdir Zəfərim» adlı möhtəşəm yaradıcılıq axşamı baş tutub. Konsert, eyniadlı unikal mahnı ilə açılıb və tamaşaçılara böyük Zəfərə həsr olunmuş ilhamverici kliplər təqdim olunub. Konsertə Azərbaycanın xalq artisti aktrisa Həmidə Ömərova, şöhrət ordenli Akif İslamzadə, əməkdar incəsənət xadim şair Baba Vəziroglu, millət vəkilləri və musiqi sevərlər iştirak ediblər.
ilk olaraq, Təranə Vəlizadə öz sehrli səsi ilə konsertə rəng qatıb.
Konsert daha sonra digər məşhur ifaçıların çıxışları ilə davam edib. O cümlədən, Flora Kərimova və Nadir Qafarzadə duet ifasında “Darıxmışam sənin üçün”, Rəşad İlyasov, Nisə Qasımova , Samir Piriyev , Nərmin Kərimbəyova , Cavan Zeynallı, Arif Nəbiyev , Şölə Səfərəliyeva, Elxan Qaraxanoğlu, İlqar Muradov, Rövşən Civişov, Abbas Bağırov bəstəkarın mahnılarını ifa ediliblər.