Sentyabrın 20-si «BF Qrup» tərəfindən Bakı Konqress Mərkəzində keçirilən «Mən bunu bacardım» («I did it») adlı təltifetmə mərasimində bir sıra dövlət rəsmiləri, QHT nümayəndələri və iş adamları iştirak etmişdir. Tədbirin açılışı zamanı dövlət himni səslənərək Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə açılış nitqini edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev çıxış edərək, Azərbaycan Respublikasının silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının humanist siyasətinin nəticəsi olaraq qüdrətli ordu quruculuğunun sayəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmişdir. Məhz bugünkü tədbir və ölkəmizin hər tərəfli inkişafını Ulu Öndər siyasətinə şəhidlərimizə və qazilərimizə borclu olduğunu xüsusi olaraq qeyd etmişdir.
Təltif olunanlar arasında AVMVİB-in Gənclər şöbəsinin müdiri Həsən Əliyev, fəxri üzv Nəsir Qədirov və AVMVİB Abşeron rayon nümayəndəsi İlahə Məcnunovava iştirak etmişlər. Göstərilən diqqət və qayğıya görə «BF Qurup»un rəhbərliyi Cəmilə xanım və Səxavət bəyə təşkilatımız adından xüsusi təşəkkürümüzü bildiririk.
AVMVİB Mətbuat xidməti