AVMVİB Kəlbəcər rayon şöbəsi Zəfər Bayramı tədbirində iştirak etmişdir

Zəfər Günü münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin kollektivi şəhidlərin əziz xatirəsi böyük ehtiramla anmışdır. Tədbir ilk olaraq şəhidlər abidəsinin ziyarəti ilə başladı. Ardınca, Gəncə şəhərindəki məcburi köçkünlər qəsəbəsində yerləşən Mədəniyyət Evində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Mərasimdə şəhid ailələri və qazilər iştirak etdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanlarımızın fədakarlığından bəhs edildi. Tədbir iştirakçıları qaziləri və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdilər. Son olaraq, tədbir konsert proqramı ilə davam etdi, iştirakçılar Azərbaycan musiqisinin sədaları altında birlik və həmrəylik ruhunu yaşadılar.

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: