AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini, «Azərbaycan bayrağı» ordenli, polkovnik Elmar Hüseynovun təşkilatçılığı ilə Goranboy rayonunda Şəhidlərə həsr edilmiş Anım mərasimi keçirildi. Əvvəlcə, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı, onların ruhuna dualar oxundu.
Tədbirdə AVMVİB-nin Gəncə şəhər şöbəsinin sədri kapitan Bəyanət Qasımov, Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Göy-göl rayon şöbəsinin sədri Həbib Hüseynov, Dəliməmmədili, Todan, Erkəc, Mənəşli kəndlərinin müharibə veteranları və əlilləri, yerli İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitaliy Kovalyov, qızı Regina Kovalyova, kürəkəni, müharibə əlili Denis Quzlayev iştirak etdilər. Müharibə veteranları Şəhidlər haqqında öz xatirələrini danışdılar.
Tədbir iştirakçıları Dəliməmmədli şəhərində, Todan kəndində Şəhid abidələrini ziyarət etdilər. Şəhid abidələrinin önündə xatirə fotosu çəkildi.
AVMVİB-in Mətbuat xidməti




