Bakı Reabilitasiya Mərkəzində “Həyata sevgi ilə baxaq” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Agentliyinin “Bakı Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsinin təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş «Həyata sevgi ilə baxaq» adlı tədbir keçirilib.

Tədbirdə Bakı Reabilitasiya Mərkəzinin rəhbərliyi və kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi hüquqi məsələlər üzrə sədr müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Azərbaycan Respublikasının müharibə veteranı Ramiz Ağayev, şəhid ailələri, müharibə və ümumi əlilər iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhları birdəqiqəlik sükutla yad edilib.

Bakı Reabilitasiya Mərkəzinin direktoru Vüsalə Kazımova ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıkeşlikdən söz açaraq bildirib ki, əlillərin təhsilə, əmək fəaliyyətinə cəlb olunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən silsilə tədbirlər görülür və onların sosial durumunun yüksəldilməsi məqsədilə mühüm addımlar atılır. O, əlavə olaraq qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilir.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev çıxış etmiş və o, tədbir iştirakçılarını salamlayaraq onlara Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbrikini çatdırıb. Salman Musayev dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqətdən, verdiyi hər cür dəstəkdən, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb. Bildirib ki, əlilliyi olan şəxslərə, xüsusən uşaqlara qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. O, əlilliyi olan şəxslərin inklüziv cəmiyyətdə yaşamasının ən önəmli faktor olduğunu, eləcə də  əlillərin bütün sahələrlə  qayğı ilə təmin olunmalarına, onlar üçün müasir və səmərəli reabilitasiya sisteminin yaradılması ilə bağlı gördüyü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib.

 Çıxışından sonra polkovnik Salman Musayev müharibə əlillərinə  və şəhid ailərinə göstərdiyi həsas qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tərəfindən təltif edilmiş Fəxri Fərmanları Bakı Reabilitasiya Mərkəzinin rəhbərliyinə və bir qrup kollektivinə təqdim etmişdir.

Bakı Reabilitasiya Mərkəzinin direktor müavini Kamələ Bozan son illər reabilitasiya xidmətləri sahəsində görülən işlər barədə danışaraq reabilitasiya infrastrukturunun genişləndirilməsi və gələcək hədəflər barədə məlumat vermişdir.

Tədbirdə daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev və Bakı Reabilitasiya Mərkəzində müalicə alan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədr müavinləri 2-ci qrup müharibə əlilləri — ehtiyatda olan  polis baş çavuşları Zaqif Abbasov və Zülfi Həsənov ürək sözlərini ifadə edərək bu gün Azərbaycan dövlətinin hər bir əlil vətəndaşlarının qayğısına qalmasından, bu təbəqədən olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün görülən işlərdən, xüsusən də Bakı Reabilitasiya Mərkəzinin rəhbərliyinin və kollektivinin  əlilərə  yüksək səviyyədə göstərdikləri qayğı və xidmətdən  danışıblar.

Tədbir çərçivəsində  görmə  məhdudiyyəti olan Hüseyn Müslüm Vətənə həsr olunmuş xalq mahnıları ilə çıxış etmiş, şair Müslüm Cabbarov özünə məxsus Vətən barədə serir səsləndirmiş və Vətən müharibəsi iştirakçısının anası jurnalist Əzizə İbrahimova vətənpərvərlik mövzusundan danışmışdır. Tədbirin sonunda  komanda  halında əyləncəli intellektual yarış keçirilmiş, yarısın qalib komandası və  fəal iştirakçıları Bakı Reabilitasiya Mərkəzinin direktoru  tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılmış, tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmiş və onlara cay süfrəsi təşkil edilmişdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2024-12-04-at-17-41-55

Whats-App-Image-2024-12-04-at-17-42-17

Whats-App-Image-2024-12-04-at-17-42-52

Whats-App-Image-2024-12-04-at-17-42-54

Whats-App-Image-2024-12-04-at-23-57-46-2

Whats-App-Image-2024-12-04-at-23-57-47

Whats-App-Image-2024-12-04-at-23-57-47-3

Bu xəbəri paylaşın: