Bu gün — dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli Azərbaycan əsgər və zabitləri işğal altında olan Qarabağı mənfur düşməndən azad etdi və Azərbaycan Bayrağını Vətənimizin bütün ərazisində dalğalandırmaqla Azərbaycan Respublikasının suverenliyini bərpa etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarını təbrik edərək bildirir:
Sizin rəhbərliyinizlə xalqımız şanlı Zəfərin ardından Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işlərinə başlamışdır. «Böyük Qayıdış» proqramı çərçivəsində doğma torpaqlarımıza həyat qayıdır, yenidənqurma işləri sürətlə davam etdirilir. Qarabağın abad və firavan gələcəyi üçün atılan hər addım Sizin uzaqgörən siyasətinizin parlaq təzahürüdür. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə müasir şəhərlər, kəndlər salınır, sosial-iqtisadi infrastruktur yenidən qurulur. Sizin qətiyyətiniz və iradəniz sayəsində Böyük Qayıdışın təməli qoyulmuş və torpaqlarımıza yeni nəfəs gətirilmişdir. Biz, Vətən müharibəsi veteranları, bu tarixi prosesin bir parçası olmaqdan qürur duyuruq!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 91000 üzvü adından Sizi — Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarını doğum günü münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə arzu edir və diqqətinizə çatdırır ki, biz — Azərbaycan Vətən müharibəsi veteranları daim Sizin yanınızdadır.
AVMVİB-in Mətbuat xidməti