“Azərsun Holdinq” Şirkətlər Qrupu humanitar yardım aksiyası keçirtdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına həmişə böyük sayğı göstərir. Vətən müharibəsində şəhid olanlar xalqın böyük ehtiramı ilə əhatələnib. Vətən müharibəsinin qələbə ilə bitməsi ölkədə böyük ruh yüksəkliyinə səbəb oldu. Xalq bu qələbənin qazanılmasında şəhidliyin, şəhidlərin də hünərini zaman-zaman yaşadacaqdır. Dövlət başçısının göstərişinə əsasən istər dövlət, istərsə də özəl sektorda çalışan iş adamları xüsusi ilə aztəminatlı ailələrə daim qayğı göstərirlər.
Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və milli- mənəvi dəyərlərə xüsusi hörmət nümayiş etdirən “Azərsun Holdinq” Şirkətlər Qrupu 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2025-ci il bayramı münasibəti ilə sosial layihə həyata keçirib. Şirkətlər Qrupu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə birgə bayram münasibətilə Nəsimi rayonunda bir qrup şəhid ailələləri, müharibə əlilləri və müharibə iştirakçılarını ziyarət edərək onlara “Azərsun Holdinq” məhsullarından ibarət bayram sovqatları hədiyyə edib. AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini, Nəsimi rayon şöbəsinin sədri “Azərbaycan bayrağı” ordenli polkovnik Elmar Hüseynov “Azərsun Holdinq” İdarə heyətinin sədri cənab Abdolbari Gozala şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları adından dərin minnətdarlığını bildirib.