Şuşan Stepanyan ciddi-cəhdlə itkiləri gizləmələrini dansa da, döyüş dayandığı gün yaralıların elan edilməsi başqa nüanslardan xəbər verir. Alınan məlumata görə, düşmən əsgərlərinin leşləri neytral ərazilərdədir və onları götürdükcə məlumatlar dəyişir. Başqa bir məlumata görə isə artileriya qurğuları yanında məhv edilən hərbçilər ruslardır və «QRUZ-200» adıyla Rusiyaya göndərilib. Bunun üçün Moskvaya xüsusi reys olub. Bu barədə geniş araşdırmaları tezliklə təqdim edəcəyik. Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb.
Bu məlumatı «Newsarmenia.am” agentliyi yayıb.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.
Onlarda birinin vəziyyəti çox ağır qiymətləndirilir.
Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.

