AVMVİB Biləsuvar və Cəbrayıl rayon şöbələrinin üzvləri şəhid baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun məzarını ziyarət etdilər.
Şəhid R. Mahmudovun məzarını ziyarət edən müharibə veteranları, şəhidlərimizi anmaqla yanaşı ordumuza öz dəstəklərini də bildirmişlər. Bu barədə məlumatı AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov verib.
Mərasimdə AVMVİB Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev və rayon şöbəsinin üzvləri də iştirak edblər.
Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonunda dəfn olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
E. Səlim




