AVMVİB Zəngilan rayon şöbəsi: «Döyüşə hazırıq, Komandanım!»

Bu gün AVMVİB Zəngilan rayon şöbəsinin sədri, müavinləri və bir qrup üzvlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsində oldular və könüllü döyüşmək üçün qeydiyyatdan keçdilər.

Əvvəlcə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev SHXÇDX-nin Zəngilan rayon şöbəsinin rəisi mayor Adil Hüseynovla görüşüb şöbənin fəaliyyəti, gördüyü işlər barədə məlumat verdi və hər an Ali Baş Komandanın Əmrinə hazır olduqlarını bildirdi.

Sonra mayor Adil Hüseynov Qazi və veteranlarla görüşdb işlərində uğurlar arzuladı. Biz orda olan zaman bu gün 34 nəfər zəngilanlı qeydiyyatdan keçmişdi.

Sonda xatirə şəkili çəkildi.

AVMVİB Zəngilan rayon şöbəsi

AVMVİB Zəngilan rayon şöbəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin rəisi Mayor Adil Hüseynovla görüşüb könüllü kimi qeydiyyatdan keçdi. Bu hələ görünən hissədi yazılmaq üçün mənə müraciətlər çoxdur

Posted by Azad Musayev on 16 İyul 2020, Cümə axşamı
Bu xəbəri paylaşın: