“Avqustun 10-dək rezidentura və dövlət qulluğu ilə bağlı müəyyən təxirə salınan imtahanları keçirəcəyik”.
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri avqustun 13-14-ü tarixlərində qəbul imtahanlarının da keçirilməsinin nəzərdə tutulduğunu istisna etməyib: “Keçirilmiş bütün imtahanların nəticələri elan olunmalıdır. Avqustda 4 gün qəbul imtahanları keçirməyi nəzərdə tutmuşuq. Hazırda dəqiq tarixləri demək mümkün deyil, bu da karantin rejimi ilə əlaqədar olan səbəblərdir”.
