Azərbaycanlı biznesmenlərdən möhtəşəm addım – Ermənilər pat vəziyyətinə salındı

Moskvada yaşayan azərbaycanlı biznesmenlər ermənilərlə bütün ticarət əlaqələrini kəsiblər.

Azərbaycanlı biznesmenlərdən Kanal 8-ə verilən məlumata görə, Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribat törətməsindən sonra, sözü bir yerə qoyublar və Ermənistandan gələn məhsulları boykot ediblər.

Əldə etdiyimiz məlumata görə, ermənilərin Moskvanın ən böyük meyvə tərəvəz bazarı olan“Fud siti”-yə gətirdikləri bütün məhsullar əllərində qalıb və məhsulları məhv olub.Biznesmenlər bildirib ki, onlara taciklər və özbəklər də qoşulublar. Hazırda ermənilərin bu vəziyyətdən çıxış yolu tapmaq üçün minnətçi düşdükləri bildirilir.

“Fud siti”-də işləyən biznesmenlər bildirib ki, bunu bütün Rusiya ərazisinə yaymağı planlaşdırırlar. Erməni biznesmenlərin öz hökümətinə müraciət edəcəyi deyilir.

Alıntı: Ruslan Mir (Fb)

Posted by Ruslan Mir on 17 İyul 2020, Cümə

Posted by Ruslan Mir on 17 İyul 2020, Cümə

Bu xəbəri paylaşın: