Ağdaşda şəhid Məhəmməd Nəbiyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ağdaşda şəhid Məhəmməd Nəbiyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsinin iştirakı ilə Ağdaşın Orta Ləki kənd orta məktəbində şəhid Məhəmməd Nəbiyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhid Məhəmməd Əşrəf oğlu Nəbiyevin şəhadətə ucalmasının 32-ci ildönümü münasibətilə keçirilib.

Tədbirdə bildirilib ki, 1960-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Məhəmməd Nəbiyev 1994-cü ildə Füzuli rayonunda gedən ağır döyüşlərdə iştirak edib. O, xidmət etdiyi rota ilə Füzulinin bir neçə kəndinin azad edilməsində xüsusi şücaət göstərib və həmin ilin 12 yanvar tarixində Yuxarı Aburəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Qeyd edilib ki, Ağdaş rayon Orta Ləki kənd tam orta ümumtəhsil məktəbi 1995-ci ildən şəhid Məhəmməd Nəbiyevin adını daşıyır və bu gün də onun xatirəsi məktəbdə böyük ehtiramla yad edilir.

Tədbir zamanı məktəbdə şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan abidənin yaradılmasında və açılış mərasimində fəal iştirak edən, Orta Ləki kənd M. Nəbiyev adına tam orta ümumtəhsil məktəbinin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Məmmədov Əflatun Abubəkir oğlunun əməyinin xüsusi qeyd olunması tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda şəhidimizin ehsan süfrəsi təşkil olunub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət dilənib.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-01-12-at-22-48-42

Whats-App-Image-2026-01-12-at-22-49-29

Whats-App-Image-2026-01-12-at-22-49-29-(2)

Whats-App-Image-2026-01-12-at-22-49-29-(3)

Whats-App-Image-2026-01-12-at-22-49-29-(4)

Bu xəbəri paylaşın: