Ermənistan, Faşizm və Vəhşilik Azərbaycanın mülki vətəndaşlarını hədəfə alıb — Nurit Qrinqer

12 iyul 2020-ci ildə Ermənistan növbəti dəfə Azərbaycana qarşı təcavüz aktı törətdi.

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini hədəfə alaraq uzun məsafəli artilleriyadan istifadə etməklə Azərbaycana qarşı geniş hərbi əməliyyata başladı. Bu hərəkəti ilə Ermənistan təcavüzkar və terrorçu mahiyyətini bir daha nümayiş etdirdi.

Erməni hücumu beynəlxalq səviyyədə tanınan Ermənistan-Azərbaycan sərhədi boyunca, Ermənistanın qeyri-qanuni işğalı altında olan Qarabağ bölgəsindən xeyli aralıda baş verdi. Hücumla son illər ərzində iki ölkə arasında atəşkəs rejimi ən kobud şəkildə pozuldu. Bu məqaləni yazarkən, Ermənistanın son hərbi təxribatı nəticəsində 11 azərbaycanlı hərbçi və bir mülki şəxsin öldüyünə dair məlumat verildi.

Vəziyyət gərgin olaraq qalır, Ermənistan ordusu davamlı olaraq Azərbaycanın hərbi və mülki strukturlarını atəşə tutur. Qeyd etmək lazımdır ki, ermənilər hərbi təxribata COVID-19 pandemiyası şəraitində başladılar.

Azərbaycanla olan sərhədə hücum etməklə Ermənistanın üzvü olduğu hərbi ittifaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək niyyətində olduğu görünür.

KTMT, 15 May 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə daxil olan altı postsovet dövlətinin — Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsini imzaladığı zaman yaranmış hökumətlərarası hərbi ittifaqdır.

Mən Azərbaycanın Ermənistanla təmas xəttində olmuşam və orada vəziyyət gərgindir. Erməni silahlı qüvvələri barmağı tətikdə davamlı atəş açır və Azərbaycan ordusuna nə vaxt hücum edəcəyini heç kim bilmir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatından çıxarışlar:

«İyulun 12-də Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək Azərbaycanla Ermənistan arasında dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək üçün hücuma keçdi.»

Screenshot the village of Dondar Gushchu in Azerbaijan's Tovuz district targeted by Armenia.

Erməni hərbi qüvvələrinin hədəfə aldığı Azərbaycanın Tovuz rayonundakı Dondar Quşçu kəndinin fotosu

Azərbaycan düşmən qüvvələrinin hücumunun qarşısını aldı. Döyüş zamanı Azərbaycan ordusunun dörd hərbçisi şəhid olub, dörd nəfər isə yaralanıb.

«Ermənistan silahlı qüvvələrinin bu təxribatı təcavüzkar Ermənistan rəhbərliyinin bölgədəki gərginliyin artmasına xidmət edən son hərəkətləri və bəyanatlarının davamı olaraq görülməlidir.»

«Təcavüzkar siyasəti ölkənin milli təhlükəsizlik strategiyasında əks olunan Ermənistan, yeni mövqeləri ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini açıq şəkildə nümayiş etdirir.»

Azərbaycan Ermənistanın münaqişəyə son qoymasını və işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmasını istəyir.

«Bu erməni təxribatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların mahiyyətinə böyük şübhə yaradır.»

“Beynəlxalq birliyin Ermənistanın təcavüzkar siyasətinə dair mövqeyi məlumdur. Vəziyyəti gərginləşdirməyə xidmət edən son təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır. «

«Bundan sonra düşmən qüvvələrinin təxribatlarının qarşısı  alınacaqdır.»

«Allah Şəhidlərimizə rəhmət eləsin».

Azerbaijani kids hold the photo of heir father, killed in the July 2020 Armenian military hostility on Azerbaijan - Photo provided by the Azerbaijan General Consulate Los Angeles

Azərbaycanlı uşaqlar 2020-ci ilin İyul ayında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində öldürülən atalarının şəklini tutub — Foto Los-Ancelesdəki Azərbaycan Baş Konsulluğuna məxsusdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin press-relizindən çıxarışlar

“Ermənistan Silahlı Qüvvələrinin 12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədi boyunca Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınıb. Erməni silahlı qüvvələrinə adekvat cavab zərbələri endirilsə də, bütün hücumların qarşısı müvafiq əks tədbirlərlə alınsa da, bu gün bölgədəki vəziyyət gərgin olaraq qalmaqdadır ”.

«Azərbaycan kəndlərini davamlı atəşə tutmaqla yanaşı, ağır silahlardan da istifadə edən Ermənistan silahlı qüvvələri iqtisadiyyata, əmlaka və infrastruktura da ciddi ziyan vurur.»

“2016-cı ilin aprel hadisələrində olduğu kimi, Ermənistan yenidən Azərbaycanın sıx məskunlaşdığı əraziləri artilleriya atəşinə məruz qoydu, beynəlxalq hüququn bütün fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərini kobud şəkildə pozdu. Bu cür hərəkətlərlə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına dair öhdəliklərini kobud şəkildə pozur.»

“Ermənistan rəhbərliyi təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmələrinin nəticələrini möhkəmləndirməyə çalışır. Ermənistanın əmin olsun, bu siyasət utancvericidir, uğursuzluq və özünü məhv etməkdən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir. Hər bir işğal hadisəsində olduğu kimi, erməni işğalı da müvəqqətidir və ölkə bütün qanunsuz əməllərinə görə məsuliyyət daşıyacaq.»

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin bəyanatı

Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiridir.

AZƏRTAC-a verdiyi açıqlamada Hacıyev demişdir: “Ermənistanın sərhəd boyu təxribatı rəsmi İrəvanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığının daha bir sübutudur”.

«Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub.»

“Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitini nəzarətdə saxlayır. Ermənistan tərəfi heç bir ərazi əldə etməyib”.

«Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları təxribatların və iki ölkə arasındakı sərhəddə gərginliyin artmasına səbəb ola biləcək hadisələrin qarşısını almaq üçün sərhədin Qazax və Tovuz rayonlarının Azərbaycan tərəfinə aid hissəsinə yerləşdirilib.»

«Ermənistanın düşüncəsiz olaraq həyata keçirdiyi hərbi əməliyyatlar üzv olduğu  hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək məqsədi güdür və bununla da işğalçı və təcavüzkar kimi məsuliyyətdən yayınmağa çalışır.»

 «Ermənistanın Azərbaycana təxminən 30 ildir davam edən təcavüzü və sərhəd boyu davam edən təxribatlar Ermənistanın üzvü olduğu hərbi-siyasi təşkilatların qanuni sənədlərinə ziddir.»

“Ermənistan rəhbərliyi diqqəti ölkənin daxili problemlərindən yayındırmağa çalışır. Məqsəd ölkələrinin sosial-iqtisadi problemləri və COVID-19-un yayılması  fonunda diqqəti münaqişəyə yönəltməkdir».

«Ermənistan rəhbərliyi mövcud vəziyyət üçün tam və təkbaşına məsuliyyət daşıyır.»

Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını hədəf alan öncəki hücumları barədə

26 fevral 1992-ci ildə Ermənistan sərhəd boyu və təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarını vəhşicəsinə və qəsdən hədəf seçdi, Azərbaycanın Xocalı şəhərində 613 mülki şəxsi, o cümlədən qadınları, uşaqları və qocaları qətlə yetirdi və bununla da insanlığa qarşı cinayətlər törətdi.

Ermənistan BMT nizamnaməsini və digər hüquqi beynəlxalq öhdəlikləri kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 822853874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

2016-cı ilin aprel ayında növbəti erməni təcavüzü nəticəsində 6 azərbaycanlı mülki şəxs öldürüldü və 33 nəfər yaralandı, onlar erməni təcavüzünün qurbanı oldu.

Beynəlxalq birlik reaksiya verməlidir

Ermənistan beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyasına qarşı mübarizə apardığı və bu hadisəyə diqqət yetirə bilmədiyi bir dövrdə təxribatçı cinayətə əl atdı.

Ermənistan BMT Baş katibinin COVID-19 səbəbiylə qlobal atəşkəsə dair təşəbbüsünü dəstəkləsə də, indiki hadisə və Ermənistanın atəşkəsi pozması onun  riyakarlığından xəbər verir.

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat, İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını sübut edir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə davam edən təxribatçı hərəkətlərini sərt şəkildə pisləməyə çağırır.

Azərbaycan beynəlxalq ictimaiyyəti azərbaycanlı mülki əhalini hədəf seçən erməni hərbi birləşmələrinə qarşı və azərbaycanlı mülki şəxslərin Ermənistanın bilərəkdən qanlı təxribatlarının qurbanı olması ilə bağlı qəti mövqe bildirməyə, həmçinin Ermənistanın qanunsuz əməllərini qınamağa çağırır.

Nurit Greenger – «Məqalənin orijinalı NewsBlaze-də dərc olunub»

Amerikalı jurnalist və publisist Nurit Qrinqer 2006-cı il Livan müharibəsi dövründə xüsusi müxbir olaraq çalışan Nurit Qringer aktivist kimi fəaliyyət göstərib. Nurit yəhudilərin, İsrail, Amerika Birləşmiş Ştatları və bütövlükdə Azad Dünyanın müdafiəçisi idi. 

EDNews.net

Bu xəbəri paylaşın: