AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurovun verdiyi məlumata görə, çox saylı müharibə veteranlarının müraciətini nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sumqayıt şəhər şöbəsinin rəisi Natiq Qarayevlə görüşərək ölkə rəhbərinin çağırışına qoşulmaq istəyən müharibə veteranlarının müraciətlərini çatdırıb.

SHXÇDX Sumqayıt şəhər şöbəsinin rəisi N. Qarayev, müraciətləri anlayışla qarşıladığını və birlik üzvlərinin istəklərini rəhbərliyə çatdıracağını dedi.
AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov bildirdi ki, yüzlərlə döyüşçü Ali Baş Komandanın əmriylə cəbhəyə getməyə hazırdır.
Nurlan Məmmədli
