Fud Siti Bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib.
Sfera.az xəbər verir ki, bu məsələnin müzakirəsi üçün bazara gəlmiş Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən iclas otağına daxil olan mühafizəçilər onlara bazarı tərk etmələrini söyləyib.
Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxsləri bazardan qovulub.
Qeyd edək ki, bazarın sahibi müxtəlif versiyalara görə əslən Tovuzdan olan iş adamı İlham Rəhimovdur.
Görünür ermənilərin Tovuza hücumu hər bir azərbaycanlı kimi Tovuzlu İlham Rəhimovu da hiddətləndirib. Baxar.az bu məqaləni Sfera.az-a istinadən yayınlayıb.

Bildiririk ki, sayt yanlışlığa yol verib. «Fud siti» Zarah İliyev və Qod Nisanova məxsusdur.
Pokrov bazarının bağlanmasından 1 ay sonra Moskva dairəvi yolunun 900 metrliyində yerləşən “Lotos” ticarət mərkəzini 1 milyard dollara satın aldılar.
Azərbaycan əsilli biznesmenlər yeni obyektlərində Moskvanın kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük aqroklasteri — “Fud siti”ni inşa etdilər. 2014-cü il sentyabrın 2-də Moskva meri Sergey Sobyanin təntənəli şəkildə “Fud siti” kompleksinin açılışında iştirak edib.

Xatırladaq ki, kompleksin pavilyonlarını ərzaqla doldurmaq üçün isə Qod Nisanov anadan olduğu Azərbaycana üz tutdu. 2014-cü il sentyabrın 25-də Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn biznesmen ölkə rəhbərliyi ilə apardığı danışıqlardan sonra Azərbaycanın meyvə-tərəvəz məhsullarının birbaşa “Fud siti”yə gətirilməsinə razılıq aldı.
Rusiyaya ərzaq idxal edən əsas 10 ixracatçıdan biri olan Zarah İliyev və Qod Nisanov üçün “Fud siti”ni ərzaqla, xüsusən Azərbaycan meyvə-tərəvəzi ilə təmin etməyə kömək edir. Hazırda “Domodedovo” bazarı ilə birlikdə “Fud siti” Moskvanın ən böyük ərzaq anbarı hesab olunur.
Hər iki həmyerlimizə eşq olsun!
Amma necə deyərlər, igidi öldür, amma haqqına girmə. İlham Rəhimovun hələki səsi çıxmayıb…
Bunu da Fedai.az deyir…
