AVMVİB Şirvan şəhər veteranları Prezidentin əmrinə hazırdırlar

AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilovun verdiyi məlumata görə, şəhər veteranları Prezidentin çağrışına səs verərək hər an cəbhəyə yollanmağa hazır olduqlarını bildiriblər.

AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilov bildirdi ki, şəhərin müharibə veteranları adından Tovuza edilmiş düşmən hücumunun qarşısının alınması zamanı baş vermiş döyüşdə şəhid olmuş hərbçilərimizin yaxınlarına baş sağlığı verir və bu döyüşdə yaralanmış əsgər və zabitlərimizə şəfa diləyirəm.

B. Ədilov bildirdi ki, Ali Baş Komandanın söylədiyi: «Bir məsələyə də toxunmaq istəyirəm. Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər — mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi» fikirləri müharibə veteranları ruh yüksəkliyi ilə qarşılayıblar.

Bizim Şirvan şəhərində də hərbi-vətənpərvərliyin yüksəldilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Xüsusən də cənab İlqar Abbasov Şirvan şəhər İcra Hakimiyyətinə Başçı təyin edildikdən sonra veteranlara qayğı artırılıb və prezidentin göstərişləri yerdə icra olunması keyfiyyətcə müsbətə doğru dəyişilib. Bu gün, nəinki təkcə müharibə veteranları, hətta hələ əsgərlik yaşı çatmayanlar da prezidentin çağrışıyla cəbhəyə yola düşməyə can atırlar. Bu vətənpərvərlik ruhunun yüksəldilməsi öncə ölkəmizin rəhbəri cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın adıyla bağlıdır.

AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilov qeyd etdi ki, son aylar ərzində Şirvan şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərinin miqyası və sürəti, həqiqətən, adamı heyrətə gətirir. Özü də bu işlər böyük zövqlə, səliqə ilə görülməsi hər bir şəhər sakinin ürəyincədir.

B. Ədilov Şirvanda veteranlara diqqət və qayğı barədə sorğumuza cavab olaraq, dedi ki, həkimlərimizin adını çəkməsəm haqsızlıq olar. Şəhər Mərkəzi Xəstəxanasının Baş həkimi Fərhad Səfərov müharibə veteranları və əlillərinə daim qayğıyla yanaşması hər birimizin ürəyincədir. Ümumiyyətlə, xəstəxana kollektivinə veteranlarımız adından, sizin vasitənizlə öz minnətdarlığımızı çatdırıram.

Müharibə veteranlarına qayğıyla yanaşan İcra Baıçıları vətənpərvər insanlar olduğunu dəfələrlə qeyd etmişik. Hansı bölgədə veteranara qarşı neqativ münasibət varsa araşdırmışıq ki, bu adamlar Ramiz Mehdiyevin tör-töküntüləridir və inanırıq ki, tezlikl onlara yaraşan bir üslubda vəzifələrdən azad ediləcəklər.

Babək Ədilov şirvanlı veteranlar adından bildirdi ki, Ali Baş Komandanın əsgərləri kimi onun çağrışına səs verir və hər an döyüşə getməyə hazır olduğumuzu bildiririk.Qısa vaxt ərzində onlarla şirvanlı Səfrbərlik idarəsinə müraciət etməsi, bizim şəhərdə vətənpərvərlik hissinin yüksək olmasının göstəricisidir.

AVMVİB Şirvan şöbəsinin sədri Babək Ədilova və Şirvan veteranlarına fəaliyyətlərində uğurlar diləyirik.

Elnur Səlim

Bu xəbəri paylaşın: