Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər.
Bu barədə Correct.az-a danışan Rəşad İbrahimov bildirib ki, 15 ilə yaxındır ki, İnformasiya Texnologiyaları (İT) mütəxəsisi olaraq çalışır və onların Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərindən sınaqdan keçirib:
«Artıq 15 ilə yaxındır ki, İT sahəsindəyəm.Ermənilər döyüş meydanında olduğu kimi texnologiya sahəsində də müasir dövrdən qat-qat geridədilər. Bu işlərimə görə 500-dən çox cəhd edilib «Facebook» hesabımın qırılması üçün». (Correct.az)

Bu xəbəri paylaşın:
