Xaricdə yaşayan soydaşlarımızın Ermənistana etirazları davam edir

Xaricdə yaşayan soydaşlarımızın Ermənistana etirazları davam edir. Düşmənə qarşı düşmən kimi mübarizə aparmaq lazımdır və az vaxtda bu öz effektini verməkdədir…

STRASBURQ. Son günlər Tovuz rayonu ərazisində dövlət sərhədi boyu Ermənistan tərəfindən ölkəmizə qarşı silahlı təxribat və hücumlar, habelə Azərbaycan torpaqlarının davam edən hərbi işğalına etiraz etmək məqsədilə iyulun 20-də Strasburqda yürüş keçirilib. 

Fransadakı Azərbaycanlı Tələbələr Asossasiyası (ASEAF) tərəfindən təşkil edilən yürüş Avropa Şurasının mənzil-qərargahı qarşısında başlayıb və Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası qarşısında baş tutmuş nümayişlə davam edib. 

Azərbaycan, eləcə də türk və fransız bayraqlarının dalğalandığı bu yürüş zamanı iştirakçılar “Ermənistanın təcavüzünə son” və “Qarabağ Azərbaycandır!” kimi plakatlar nümayiş etdirib, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulmasını tələb edən şüarlar səsləndirib, habelə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın son təxribatları haqqında məlumatlar yer alan broşürləri yerli sakinlər arasında paylayıblar. Yürüşdə həmçinin son döyüşlər zamanı zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçiləri və ahıl mülkü vətəndaşımızın xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub. 

CENEVRƏ. İyulun 19-da BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin müstəqil Azərbaycanın Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib.

Tədbirdə İAKŞ əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş və başqaları çıxış ediblər. Natiqlər sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağını, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər.

«Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın bugünə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT binası önündən bütün dünyaya bəyan edirik» — deyə Murat Şahin söyləyib.

ÇİKAQO. Ermənilərin Tovuzda törətdiyi təxribata etiraz olaraq ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində erməni nümayəndəliyinin qarşısında aksiya keçirilib.

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar.

VAŞİNQTON. ABŞ-dakı Azərbaycan icmaları Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi təxribatlara etiraz edirlər.

Bu xəbəri paylaşın: