Bu Qarabağ Xalçası 1992-ci ildə Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvələrinin işğalı zamanı Şuşa Xalça Muzeyindən ermənilər tərəfindən qənimət kimi götürülmüşdür. Hal-hazırda İrəvan şəhərində saxlanılır.
Xalça 1870-ci ildə Ağdərə şəhərində toxunmuşdur.
Texniki xüsusiyyətləri: əsasən ağ, parlaq-qəhvəyi
Orta hissə açıq qəhvəyi, düyün ikiqat, düyün sıxlığı 28 x32. Kənar hissələri üç haşiyədən ibarəydir.
Xalçanın toxunuşunda 12 təbii boyalardan istifadə edilmişdir: mavi, parlaq mavi, yaşıl, qırmızı, tünd qırmızı, albalı rəngi, ağ, bal rəngi, çəhrayı, kərpic rəngi, açıq və tünd qəhvəyi – rənglər. (Abidələr xəbər portalı)

Bu xəbəri paylaşın: