AVMVİB Nərimanov şöbəsində

Qurban Osmanov

AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin xətti ilə 80 nəfər ehtiyacı olan rayon müharibə veteranlarına Qurban bayramı münasibətiylə Qurban əti verilib.

AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, bayram münasibətiylə xalqımızı, o cümlədən müharibə iştirakçılarını təbrik edərək bildirdi ki, belə tədbirlər vətəndaşlara dövlət qayğısının təzahürüdür və bu qəbildən olan insanlara qayğı göstərilməsinin ölkədə vətənpərvərlik üçün böyük önəmi var. O, rayon veteranları adından Nərimanov rayon İcra Hakimiyyəti rəhbərliyinə, şəxsən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovaya göstərilən diqqət və qayğı üçün öz minnətdarlığını bildirdi.

Q. Osmanov, bayram münasibətiylə xalqımızı və müharibə veteranlarını AVMVİB Nərimanov rayon şöbəsi adından təbrik edib.

Elnur Səlim

Bu xəbəri paylaşın: