AVMVİB Balakən rayon şöbəsi tədbir keçirdi

AVMVİB Balakən rayon şöbəsində tədbir keçirilib. AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev, rayon şöbəsi ilə sıx əlaqədə olan və birliyin yerli şöbəsinə daim diqqət və qayğıları ilə sayılıb seçilən ictimaiyyət nümayəndələrinin və bir qrup şəhid ailəsinin iştirakıyla keçirilən tədbirdə Balakən rayonunda dərc olunan «Balakən» qəzetinin baş redaktoru Zeynəddin Həsənli, Əsgər Ailəsi Cəmiyyəti VTİB — nin Balakən rayon şöbəsinin sədri Nəfisət xanım Qarakişiyeva, rayon musiqi məktəbinin müəllimi Aslan müəllim, rayon Sosial Müdafiə mərkəzinin əməkdaşı Lamiyə xanımı İctimai Birliyə göstərdikıərii diqqət bə qayğıya görə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyinə həsr edilmiş Fəxri Fərmanla təltif edib.


Fəxri Fərmanı Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin rəisi polkovnik — leytenant Qabil Rzaquliyev təqdim edib.

Şəhid ailələrindən Anagül Ağcayeva, Şəmsəddin Tuhumov, Məryəm Bağdadovaya və AVMVİB — yə yaxından köməklik göstərdiklərinə görə Piriyev Qurban Balakən rayon xeyirsevəri.və Balakən rayon YAP təşkilatının nümayəndəsi Hürü xanım Əmiraslanovaya İctimai Birliyin Xatirə medalı təqdim edilmişdir.


Tədbir iştirakçıları qəhrəman ordumuzun uğurlu əməliyyatlarından və Ali Baş Komandan cənab İlham Əliyevin düşmənə qarşı qətiyyətli mübarizəsindən söz açdılar.

Həmçinin AVMVİB Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev tədbir iştirakçılarını və xalqımızı bayram münasibətiylə təbrik edib.

Türkay Xaqan

Bu xəbəri paylaşın: