Bu gözəl xanım Berlində yaşayan azərbaycanlı polis komissarı Nurlana Atakişiyevadır. Onunla fəxr edirik. Amma bizim deyil, almanların əsayişini qoruyur.
Nurlana xanım özü haqqında deyib: «Bakıda, Bayılda doğulub, böyümüşəm. Bayılda 163 saylı orta məktəbə və pianino üzrə 3 saylı uşaq musiqi məktəbinə getmişəm. 15 yaşım olanda anamın müalicəsi üçün Almaniyaya köçdük. Anamda şəkər, anemiya, osteoporoz xəstəlikləri var. Almaniyanın Berlin şəhərinə köçəndə almanca heç danışa bilmirdim.
Buna görə məktəbdə uşaqlar illərboyu mənə gülüb, lağa qoyurdular. Amma arzularımın arxasında getmək üçün, ən əsas da atamı ve anamı sevindirmək üçün ruhdan düşmədən, saatlarca dərs oxuyurdum. Məktəbdə müəllimlər mənim heç zaman universiteti bitirməyimin mümkün olmayacağını demişdilər, çünki almancam mükəmməl deyildi. Ancaq mən ruhdan düşmədin, dili mükəmməl öyrəndim. Polislik üzrə 3 illik universitet oxudum və arzularımı reallaşdırdım. Burada polis olmaq üçün akademiyaya getmək olur, ya da Universitet oxumaq olur…»

