Döyüşçülər Şəhidlər Xiyabanında Anım tədbirinə toplaşdılar

713 saylı batalyonun tərkibində döyüş yolu keçmiş döyüşçülər avqust ayının 5-də şəhid olmuş döyüş dostlarının əziz xatirələrini anmaq üçün Şəhidlər Xiyabanında toplaşıblar.


Şəhiud məzarları yad eildi və onların məzarlarına gül qoyuldu. Müharibə veteranları olan döyüşçülər şəhid məzarları qarşısında öz döyüş xatirələrindən və qəhrəmancasına həlak olmuş şəhidlərimizin döyüş yollarından danışdılar.


Şəhid Camal Əliyevin nəvələrinin baba məzarını ziyarətə gəlmələri duyğulu anlar yaşatdı.


Anım mərasimi barədə danışarkən həmin batalyonun qərargah rəisi olmuş AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, torpaqlarımızın azad edilməsi uğrunda savaşa, hər bir 713 saylı batalyon döyüşçüsü hazırdır.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: