XARİCİ BORC DÖVLƏTİN GÜCÜNÜN AZALMASI DEMƏKDİR

… Xarici borcdan asılı vəziyyətə düşmüş inkişaf etmiş ölkələr yenidən borc tələb etdikdə, yerinə yetirməli olduqları əmrlərlə qarşılaşır. Şərtli kredit müddəti başlayır.

Kredit adı ilə verilən borclardan, artıq bütün istiqamətlərdə hökumətləri öz əllərinə götürmək üçün istifadə ediləcəkdir. Kreditdən istifadə yeri və növü üçün, qanunların qəbulu, siyasi əməliyyatlar, kredit veriləcək biznes sahələri, iş veriləcək şirkətlər, mənfəətin transferi kimi bir çox məsələyə şərt qoyulur …

Bu istəklərin yerinə yetirilməsi öz suveren hüquqlarınızın tək-tək itirilməsi deməkdir. Fransız vəkil Carre de Malberg «Dövlətlər nəzəriyyəsi» əsərində söylədiyi kimi, «Xarici bir dövlətdən hər hansı bir asılılığı olan dövlətin, öz içərisində də hakim olmaq üçün heç bir gücə sahib ola bilməz» və belə ölkələr peyklə idarə olunan icmalara çevrilirlər…

Milli müstəqillik imperializmin kabusudur. Buna görə borc müqavilələrində millətlərin öz müstəqilliyini itirməsinə səbəb ola biləcək qədər bəndlər var. Amerikalılar, buna görə də, «barıtdan sonra bəşəriyyətin tapdığı ən təhlükəli silah, milli azadlıq müharibələridir» deyirlər.

Oksford və Belfast Queen Universitetlərinin professorları Frensis Stüard və Rene Prendergastın dövlət borcu almağın fəsadları ilə bağlı fikirləri belədir: “Borc götürməli olan ölkələrdə dövlətin gücünün azaldığı görünür. Statizmdən kənarlaşmanın intensivləşməsi təbii olaraq iqtisadiyyatın daha beynəlxalq xarakter almasına səbəb olur. Bunun qaçılmaz nəticəsi olaraq, dövlətin güc itkisi, ixtisaslı kadr itkisi, dövlət qulluğu etikası korrupsiyası, zorakılıq və qanunsuzluğun artması baş verir…

Mənbə: METİN AYDOĞAN «Sonsuz Oyun»

Bu xəbəri paylaşın: