Atası, əmisi və qardaşı hərbçi olan şəhidimizlə vida mərasimi keçirilir – FOTO

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.


Fedai.az Yeniavaz.com-a istinadən xəbər verir ki, şəhid Ələsgərov Seymurun vida mərasimi keçirilir.


Qeyd edək ki, rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakinidir.


Məlumat üçün bildirək ki, şəhid Seymur Ələsgərovun atası Eldar Əsgərov da hərbçi olub vəfat edib. Qardaşı Samir Ələsgərov da hərbçidi. Şəhidin 9 aylıq övladı var. Əmisi Cingiz Ələsgərov da hərbçi olub və itkin düşüb.
S. Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.


Bu xəbəri paylaşın: