Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas Konqresinin 101-ci il dönəmində bildirib ki, himayəni qəbul etməyən millətimiz bu cənnət vətəni bir bütün kimi qoruyacaq və əsla böldürtməyəcək.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı İstiqal Hərbinin əsas dönüş nöqtələrindən biri olan Sivas Konqresinin önəmini vurğulayıb.
“Sivas Konqresi Milli Mübarizənin əsas nöqtəsidir, Qurtuluş Savaşının hazırlıqları burada aparılıb. Millətimizin işğalçı güclərə əsla boyun əyməyəcəyi və bir-birinə sıx bağlanaraq mübarizəyə hazır olduğunu bütün dünyaya Sivasdan bəyan etmişdir”.
“Millətimiz hər dövrdə bayrağına, vətəninə, istiqlaliyyətinə olan təhdidlərə qarşı birlik və bərabərlik içində tab gətirmişdir. Gənc-yaşlı, qadın-kişi hər kəs Qurtuluş Savaşında ruh və həyəcanla, milli iradəyə, gələcəyinə hər zaman sahib çıxmışdır. Bu birlik və bərabərliyimiz davam etdiyi müddətdə azadlığımıza, dəyərlərimizə və qardaşlığımıza yönələn hər bir təhdit yox olacaqdır. Sivas Konqresinin 101-ci ildə dönəmində bir daha ifadə edirik ki, himayəni qəbul etməyən millətimiz bu cənnət vətəni bir bütün olaraq qoruyacaq və əsla böldürtməyəcəkdir”.