Ermənistan Beyrut partlayışından sonra miqrantları təşviq edir

Livanda baş vermiş dəhşətli partlayışdan sonra Ermənistan hökuməti orda yaşayan etnik ermənilərin ölkəyə gətirilməsi üçün yardım paketi göndərməyi planlaşdırır.

Bu barədə Eurasia Diary Eurasianet-ə istinadən xəbər verir.

Avqust ayının 4-də baş verən partlayış nəticəsində 190 insan həlak olub, 6500 nəfər yaralanıb və 300 min insan evsiz qalıb.

1100-ə yaxın Livan erməniləri Ermənistana gəlib və onların 850-si uzun müddət orda qalmağı planlaşdırır, bu barədə Diaspora məsələləri üzrə baş müvəkkil Zareh Sinanyan söyləyib.

Sentyabr ayının 1-də Ermənistan hökuməti yardım paketi göndərməyi planlaşdırır belə ki, bu paketə təhsil, səhiyyə, sosial yardım və mənzil xərcləri daxildir.

Dağlıq Qarabağ qondarma rejiminin rəhbəri Araik Arutyunyan müəyyən zaman içində Dağlıq Qarabağa Livandan erməni ailələrinin yerləşdirilməsini qeyd edib.

Livanda təxminən 150 min erməni yaşayır və onlardan 25 mininin Ermənistan pasportu və ya yaşamaq icazəsi var. Qeyd edək ki, erməni əhalisinin xarici ölkələrdən Ermənistana köçürmək əhalisi azalmaqda olan Ermənistan dövlətinin əsas məqsədlərindən biridir.

“Bizim hədəfimiz 2 milyon ermənini ölkəmizə gətirməkdir” Sinanyan söyləyib.

Bu xəbəri paylaşın: