Türkiyə tankları Yunanıstan sərhədinə doğru hərəkətə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Yunanıstan sərhədinə tank göndərməyə başlayıb.

Bu barədə məlumatı İHA agentliyi yayıb.

Məlumata əsasən, Suriya sərhədində yerləşən Hatay, Reyhanlı və Qumlu bölgəsindəki tanklar Ədirnə istiqamətinə yola çıxıb. Bu gün günortadan sonra Suriya sərhədindən ayrılan tankların konvoy vasitəsilə İsgəndərun limanından qatarla Ədirnəyə göndərilməsi planlaşdırılır.

Bu xəbəri paylaşın: