Müharibə veteranının maddi dəstəyinizə ehtiyacı var

AVMVİB üzvü, tanınmış hərbi jurnalist İbrahim Rüstəmli öz facebook səhifəsində daha bir müharibə veteranının yardıma ehtiyacı olmasını paylaşıb. Biz də hər kəsi bu çağırışa səs verməyə çağırırıq.

İ. Rüstəmlinin paylaşımında deyilir: «Əziz dostlar!

Əsədov Fərrux Nəsrəddin oğlu Qarabağ uğrunda apardığımız birinci savaşın fəal iştirakçısı olub və yaralanıb. Səhhətindəki problemlər səbəbindən Mingəçevir şəhərindəki Regional Hospital klinikasında əməliyyat olunub. Ancaq maddi durumu ağır olduğundan hospitala ödəniləcək pulun 1400 manatını borclu qalıb. Mingəçevirdəki veteran və qazi dostlarımız xahiş edirlər ki, imkanlı şəxslər aşağıdakı hesaba gücləri çatan qədər pul köçürsünlər, sentyabrın axırınadək Fərruxun borcu silinsin.


Əziz dostlar! Bəlkə kiminsə gücü 5-10 manata çatır, eybi yoxdur, yardım edin və ən əsası, ürəyinizdəki mərhəmət hissini ölməyə qoymayın! Obyektivlik naminə onu da deyim ki, yardımların hesabatı qazilərimiz tərəfindən veriləcək və yanımızda olan hər bir şəxsə minnətdarlıq bildiriləcək!

Hesaba pul köçürənlərdən xahiş edirəm ki, bank çekinin şəklini mənə mesajla göndərsinlər. Təşəkkür edirəm».

İbrahim Rüstəmlinin çağırışına cavab olaraq, Fedai.az 10 manat karta yardım göstərəcək.

Fedai.az

Bu xəbəri paylaşın: