Saat ala bilərsən, amma vaxt yox: kasıb Ermənistanın varlı hökmdarları (FOTOLAR)

«Görəsən, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan iki il ərzində nə edib ki, özünə 5,5 milyon dollarlıq saat ala bilir?” – Lianna Manukyan, «Çiçəklənən Ermənistan Partiyasının” tələbə şurasının sədri


«MediaPost” xəbər verir ki, Anna Akopyanın qol saatının qiyməti 5,5 milyon ABŞ dollarıdır. Görəsən, iki ildir hakimiyyəti ələ keçirən Paşinyanın həyat yoldaşı saatın alınması üçün bu qədər pulu haradan əldə edib? O, hansısa sehrbazın sehrli çubuğunu tapıb?

Deyəsən, Firavan Ermənistan Partiyası lideri Qaqik Tsarukyanın var-dövləti haqqında danışarkən «sehrli çubuq” ifadəsini istifadə edən Paşinyan məhz bu «çubuq” haqqında danışırmış.


Maraqlıdır ki, rəsmən heç bir yerdə işləməyən, sadəcə olaraq, xeyriyyə fonduna rəhbərlik edən Akopyan iki il ərzində 5,5 milyon ABŞ dollarını necə toplaya bilib?

Xatırladaq ki, Nikol Paşinyan ilə Qaqik Tsarukyan arasında mübahisələrin hələ də gündəmdə olması fonunda Anna Akopyanın zəngin həyat tərzinə meylli olması növbəti qalmaqala səbəb olub.


Belə ki, ölkə iqtisadiyyatının tamamilə Rusiyadan asılılığı, ölkənin xaricdə işləyən ermənilərin göndərdiyi maliyyə vəsaitləri hesabına mövcudluğu, alınan kreditlərə görə daha dərin borc çuxuruna düşən Ermənistanın dövlət rəhbərliyinin ailə üzvlərinin zəngin həyat tərzi sürməsi kasıb erməni təbəqəsinin böyük narazılığına səbəb olur.  

Necə deyərlər, toxun acdan nə xəbəri? 

Ermənilərə isə bizdən həmişəki kimi məsləhət: Öz uşaqlarınızı Dağlıq Qarabağa ölümə göndərməzdən əvvəl Anna Akopyanın saatına baxıb Ermənistanın tamamilə çökməsinə nə qədər vaxt qaldığını soruşun.   

Bu xəbəri paylaşın: