Tofiq Yaqublu azadlıqdadır…

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində qərar verib.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda T. Yaqublu haqqında qərar verilib. Bu barədə onun vəkili yazıb. 

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün onun barəsindəki hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilib.

T. Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilmişdir.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etmişdir.

Xatırladaq ki, ittihama görə, avtomobil qəzası zamanı T. Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirib və aclıq aksiyasına başlayıb. Fəal istintaq təcridxanasından «City Hospital»a köçürülmüşdü. 

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •