AZAL şefinin erməni sevgisi

Xatırlayırsınızsa, bir müddət əvvəl prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində bir sıra dövlət şirkətlərini, o cümlədən AZAL-ı tənqid etmiş və demişdi «Digər şirkətlər — AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır.

Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?

Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir».

Hazırda Azərbaycanın bölgələrində səfərdə olan əməkdaşımızın verdiyi məlumata görə bütün biznesini Gürcüstanda quran AZALın rəhbərinin daha bir əməli üzə çıxıb.

Belə ki Azərbaycanda AZAL şefi Cahangir Əsgərova tabe olan otel və sanatoriyalarda Aztv və İtv yə baxmaq qadağan olunub. Xidmət edən isə KATV-dir..Əvəzində TRT kürdi və ermənipərəst TNT göstərilir.

Mövzunu diqqətdə saxlayacağıq.(Azerforum)

Bu xəbəri paylaşın: