Pakistan — Azərbaycan dostluğunda Birinci Vitse Prezidentin böyük rolu var…

Bu gün qardaş Pakistanın Azərbaycanla bağlı tutduğu mövqedən qürurla danışırıq. Xüsusən Pakistanın Qarabağla bağlı tutduğu mövqeni hər birimiz təqdir edirik. Lakin bu qardaşlığı öz siyasi və humanitar xəttinin əsas hədəflərindən sayan Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın illər boyu bu əlaqələrin möhkəmləndirilməsi yolunda göstərdiyi məqsədyönlü və uzaq görən fəaliyyət nədənsə diqqətdən kənarda qalmaqdadır. İnamla deyə bilərik ki, həm siyasətçi, həm də humanist bir lider kimi Mehriban Əliyeva bu dostluğu daim diqqət mərkəzində saxlamışdır.

Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Pakistanda gördüyü işlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə gerçəkləşdirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqının qardaş Pakistana bəslədiyi səmimi duyğularının və həmrəyliyinin simvolu olduğunu bölgə xalqı yüksək qiymətləndirir. 2005-ci ildən başlayaraq Pakistanda məktəb tikintisi, talesemiya mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması və bu kimi bir çox layihələrin həyata keçirildiyini, xeyriyyə tədbirlərinin keçirilməsi, hədiyyələrlə yanaşı bayram qurbanlıqların kəsilərək sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin beş mərkəzinə təqdim olunması Fondun adıyla bağlıdır və bu günədək yüzlərlə bu cür aksiyalar həyata keçirilib.

Qardaş Pakistanla əlaqələrimizi əks etdirən 2013-cü ildə Pakistanda nəşr edilmiş kitabda Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs olunub.Pakistanın Sülh və Demokratiya İnstitutunun direktoru, diplomatik sahədə yazıları ilə seçilən “Diplomatik İnsight” jurnalının təsisçisi və baş redaktoru Məhəmməd Asif Nurun müəllifliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Azərbaycan və Pakistan – dostluq və əməkdaşlığın 20 ili” kitabı ingilis dilində çapdan çıxıb.

104 səhifəlik kitabın üz qabığında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Pakistanın sabiq Baş naziri Benazir Bhuttonun ölkələrimizin dövlət bayraqlarının fonunda fotoşəkilləri yerləşdirilib.

Qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəb inşa olunmuş, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılmış, Saif Fonduna maddi yardımlar edilmişdir.

Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir.

Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələri icra olunmuş və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilmişdir. Qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və Pakistanın müxtəlif əyalətlərində əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunmuş, həmçinin humanitar tədbirlər keçirilmiş, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilmiş, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.

Həmçinin, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evinə, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilmişdir.Pakistanda həyata keçirilən humanitar layihələr Pakistan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmiş və Pakistan xlqının qəlbində azərbaycanlılara qarşı əbədi məhəbbət yaratmış, Pakistanın tanınmış jurnalistləri tərəfindən Pakistan mətbuatında ölkəmiz haqqında yüzlərlə müxtəlif məqalələr dərc edilmiş, həmçinin, Pakistanda ən böyük universitetlərindən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi tərəfindən 2014-cü ildə nəşr edilən dərslik kitabının “Pakistan və Dünya Münasibətləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer ayrılmışdır.

Dərslikdə Dağlıq Qarabağın tarixi, məsələnin gələcək perspektivləri, işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum və bu kimi faktlar öz əksini tapmışdır. Yazının müəllifləri professor Fərhat Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra ermənilərin bu ərazilərə məqsədli şəkildə köçürüldüyünü qeyd etmişlər. Bildirilmişdir ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə kütləvi köçü başlamışdır. Bu proses Rusiya imperatoru I Nikolayın “Ermənıstan Oblastinin yaradılması” haqqında müvafiq sərancamından sonra daha da güclənmişdir.

Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülmüş, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni dünyanın müxtəlif ölkələrindən Azərbaycana köçürülmüş və bu proses sonralar davam etdirlmişdir. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitalar gətirilmişdir. Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında, 1992-ci ilin fevral ayında azərbaycanlılara qarşı soyqrım törətdiklərini bildirmiş, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapmışdır.Qeyd edək ki, Pakistan dövləti Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələri yüksək qiymətləndirərək Fondun Prezidenti Mehriban xanımı 2012-ci ildə “Humanizm rəmzi – 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edib.

Birinci xanım M. Əliyeva Pakistanda çox populyardır. Bayt ul Malın icraçı direktoru Abid Vahid Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdi. Heydər Əliyev Fondunun Bayt ul Malla əməkdaşlığının 2012-ci ldən başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulamışdı.

Abdul Vahid Şeyx bildirrdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Natiq çıxışında Pakistana xidmətlərinə görə, Baş Nazir Nəvaz Şərifin təqdimatı və Pakistan Prezidenti Məmnun Hüseynin sərəncamı ilə Mehriban Əliyevanın cari ilin fevral ayında Pakistanın ali-Hilal-e-Pakistan — Pakistan ordeni ilə təltif olunduğunu qeyd edərək, Mehriban Əliyevanın Pakistanın ali ordenlə təltif olunan ilk birinci xanım olduğunu bildirmişdi.

Bu gün Pakistan-Azərbaycan dostluğu və qardaşlığı düşmənin göz dağına çevrilib. Bu dostluğun inkişafında və bu səviyyəyə gəlib çatmasında danılmaz xidmətləri olan Birinci Vitse Prezidentimiz Mehriban Əliyevaya öz minnətdarlığımızı bildiririk.

Əli Nəsib Zərdabi

Məlahət Əsgərova

Bu xəbəri paylaşın: