Ordumuzla birlikdə olmaq hər kəsin vətəndaşlıq borcudur

Bertran Rasselin bir sözü var: «Savaş kimin haqlı olduğuna deyil, kimin gücsüz olduğuna qərar verər.» Bu baxımdan hər bir vətənpərvər soydaşımız ordumuzun yanında olmağa borcludur.

Bu gün bir qisim hərb yönlü ictimai birliklər bir araya gələrək «Ordumuza dəstək» və düşmənin təxribatçı həçlələrini müzakirə ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev məlumat verib.

Ordumuzun yanında olmağı öz ənəvi borcları sayan müharibə veteranları hər an əsgrlərimizin yanında olmağa hazır olduqlarını bildiriblər. Tədbirdə regionun ən güclü ordusu sayılan Azərbaycan Ordusu bütün parametrlərinə və hərbi potensiallarına görə yüksəkdə dayandığını görüş iştirakçıları qeyd ediblər. Ona görə də bu gün Rusiyadan silah, İraq və Suriyadan isə canlı qüvvə kimi PKK-PYD və ASALA terrorçularını bölgəy gətirən Ermənistanın və ona dəstək olan, terrora dəstək verən dövlətlərin adları beynəlxalq ictimaiyyətə təqdim olunmalıdır.

Görüşdə hər bir müharibə veteranının peşəkar və potesial döyüşçü kimi döyüşlərə qatılmağa hazır olduqları da qeyd edilib. Lazım gəldiyi anda öndə olmaq və ordumuzla, zabit və əsgərlərimizlə birgə olmaq ən böyük arzumuzdur.

Tədbirdə Müharibə Veteranları və Beynəlmiləlçi Döyüşçülər İctimai Birliyinin (MVBDİB) sədri Əzizağa Qənizadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və Qarabağ Əlilləri Müharibə Vetranları və Şəhid Ailələri İctimai Birliyinin (QƏMVŞAİB) sədri Mehdi Mehdiyev orduya dəstəklə bağlı öz fikirlərini bildiriblər.

Bu sahədə birgə fəaliyyət göstərmək qərara alınıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: