Bu gün silahdaşımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin sədri, ehtiyatda olan mayor Həlimli (Həlimov) Bəylər Əlcan oğlunu yubileyidir. Dekabr ayının 7-si onun 60 yaşı tamam olur.
Həlimli Bəylər Əlcan oğlu 7 dekabr 1964-cü ildə İsmayıllı rayonunun Cülyan kəndində dünyaya göz açıb. O, 1981-ci ildə Ismayıllı rayonunun Cülyan kənd orta məktəbini, 1983-cü ildə Bədən Tərbiyəsi və İdman texnikumunu, 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Bəylər Əlcan oğlu Həlimli Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. Həlimli Bəylər Əlican oğlu 1982-1984 ci ilərdə SSRİ Müdafiəyə Nazirliyinin Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən raket qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1987-1992-ci illərdə İsmayıllı rayonunda idman sahəsi üzrə məşqçi, İsmayıllı rayonunun Cülyan kənd orta məktəbində isə müəllim işləmişdir.
Bəylər Həlimli 1992-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdərə, Ağdam, Füzuli, Xaçmaz (Yalama qəsəbəsində) Nərimanov, Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandiri, taborun qərargah rəisi, hərbi hissənin Silahlandırma xidmətinin rəisi, DQBİ-nin maddi-texniki təminat idarəsinin silah şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir. O, 2003-cü ilin dekabr ayından etibarən «Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə»nin «v» bəndinə əsasən, xəstəliyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından ehtiyata buraxılmışdır.
1991-2001-ci illərdə Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları (MN,DİN, MTN, ƏN, XDMX, DSX) əməkdaşları arasında keçirlən «Atıcılıq üzrə idman yarışlarında» yüksək göstəricilər göstərərək 1-ci və 2-ci yerlərə layiq görülmüşdür. O, «snayper tüfəngindən» atəş açaraq ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Güllə Atıçılıq Fedarasiyasının müvafiq diplomu ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və kontuziya almışdır. Öz xidməti və ictimai vəzifə borclarını yerinə yetirərkən fərqləndiyinə və digər xidmətlərinə görə Daxili İşlər Nazirinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmirləri ilə aşağdakı medallarla təltif edilmişdir:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Böyük Zəfər” medalı ilə;
4.”Müharibə Veteranı” medalı ilə;
5.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi (1994-2019) “ yubiley medalı ilə;
6.”Milli Ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Həlimli Bəylər Əlican oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona sağlam həyat və uzun ömür arzu edir.
AVMVİB Mətbuat xidməti