Xəyanət edənlər qarşısında həmişə Azərbaycan döyüşçüsünü görəcək

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq bu gün ölkəmizin milli təhlükəsizliyinə və dövlətçilik dayaqlarına qarşı yönəlmiş hər bir təhdidə sərt mövqeyimizi bir daha bəyan edirik. Azərbaycan dövlətinə, Prezidentinə, ordusuna, xalqına illərlə xəyanət edən Ramiz Mehdiyevin fəaliyyətinin ifşa olunması təkcə siyasi məsələ deyil, milli təhlükəsizlik məsələsidir.

Bu gün artıq heç kimə sirr deyil ki, Ramiz Mehdiyev uzun illər boyunca dövlət içində xəyanət yuvaları yaratmaq, cəmiyyəti parçalamaq, hakimiyyətin sütunlarını zəiflətmək, ölkəmizin içində və xaricində Azərbaycanı istəməyən qüvvələrlə əməkdaşlıq etmək kimi ağır əməllərin müəllifidir. O, öz şəxsi mənafeyini dövlət maraqlarından üstün tutmuş, milli ideologiyanı sarsıtmaq, hakimiyyətə qarşı gizli mərkəzlər formalaşdırmaq üçün davamlı şəkildə çalışmışdır.

Bu gün Azərbaycanı gözü götürməyən qüvvələr kifayət qədərdir. Dövlətimiz regionda gücləndikcə, əzəli torpaqlarımız işğaldan azad edildikcə, Qarabağda suverenliyimiz bərqərar olduqca Azərbaycanı istəməyən xarici mərkəzlərin narahatlığı artır. Bu destruktiv qüvvələr hər zaman içəridən dəstək axtarır. Ramiz Mehdiyev kimi şəxslərin fəaliyyəti məhz bu qaranlıq dairələrin maraqlarına xidmət edib.

Bu gün Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətini böyük əzmlə davam etdirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli idarəçiliyi sayəsində Azərbaycan dünyada söz sahibi bir dövlətə çevrilmişdir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Qarabağın tam azadlığı, dövlət suverenliyimizin tam bərpası Prezidentimizin iradəsinin və Azərbaycan xalqının birliyinin parlaq təntənəsidir.

Belə bir zamanda dövlət içində xəyanət edən, milli birliyi pozmağa çalışan hər bir şəxsin fəaliyyətinə qanun qarşısında qiymət verilməsi vacibdir və qaçılmazdır.

Təşkilatımız bir daha bəyan edir ki, Prezidentimizə və dövlətimizə xəyanət edənlər qarşısında bizi — döyüşçüləri, döyüş meydanlarında can qoymuş minlərlə qazı, şəhid ailəsi, müharibə iştirakçılarını görəcəkdir, çünki biz yaxşı bilirik ki, dövlətçiliyi qorumaq yalnız sərhəddə deyil, həm də daxilimizdə aparılan mübarizənin nəticəsidir.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: