Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Paşayev Rasim Paşa oğlunun yubileyidir. Dekabr ayının 6-da onun 55 yaşı tamam olur.
Paşayev Rasim Paşa oğlu 1969-cu ildə Cəbrayıl rayonunun Kavdar kəndində zəhmətkeş ailədə anadan olub. 1988-ci ildə Cəbrayıl rayonunun Kavdar kənd orta məktəbini bitirib. 1988-1990-cı illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1991-1994-cü illərdə könüllü olaraq Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrin birində xidmət edib. Hərbi xidmətdə olduğu illər ərzində Vətənə və xalqa sədaqətlə xidmət göstərmişdir.
Rasim Paşayev 2019-cu ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədridir.
O, 1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 44 günlük Vətən müharibəsi zamanı Rasim Paşayev hərbi qulluqçularımızın yanında olmuş, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri ilə döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1. «Böyük Zəfər » medalı ilə;
2. “ Siahlı Qüvvələrin yaranmasının” (1918 — 2018) 100 illiyi yubiley medalı ilə;
3. “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının’ (1994- 2019) 25 illiyi yubiley medalı ilə;
4. “Müharibə Veteranı” medalı ilə;
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Paşayev Rasim Paşa oğlunu doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edir.
AVMVİB-in Mətbuat xidməti