Rusiyadan Ermənistana «Ayı xidməti»

Bəlkə də Rusiya Qafqazda duruş gətirə bilərdi. Lakin onun yemlədiyi və ermənilərə satılmış mətbuatı Rusiyanın iç üzünü faş elədi və bu proses davam etməkdədir.

Məsələn, son günlər güya erməni kilsəsinin atəşə məruz qalması barədə yaradılmış sünü ajiotaja diqqət yetirin. Bu ajiotajı yaradanları mən nədənsə çaqqal sürüsünə bənzədirəm və çıxış üçün çağırdıqlarının adam dilində dediyi faktlara onların reaksiyasına diqqət yetirin. Bunu belə humanizmdən danışmaq haqqı olmayan bir dövlətin mətbuat nümayəndələrinin müzakirə etməsi ikrah doğurur. O dövlətin ki, ermənilərlə birgə Qarabağda 67 məscidimizi vandalcasına dağıdıblar. Faşistcəsinə minlərlə insanımızı şəhid ediblər. Bu fəlakətin memarı olan Rusiya humanizmidən danışacaq ən sonuncu dövlətdir. Onun 366-cı polku, Pskov polku, Ermənistanda dislokasiya olunmuş 7-ci (indiki 102-ci baza) ordusu bütün hərbi cinayətlərin birbaşa iştirakçısıdır. Onların vicdanında Qaradağlı, Xocalı, Meşəli, Malıbəyli və s. kimi hərbi cinayətlər var. Bu salovyevlər, simonyanlar, kolerovlar, babayanlar, bağdasarovlar və bu çaqqal sürüsünə özünü aid edənlərin hansının səs çıxardığını eşidən olubmu?

Erməni kilsələri dini mərkəz deyil, terror mərkəzidir. Yox bir erməni İususdan qabaq xristian olan ermənilərin «Astavats»ları (Tanrı) da erməniymiş. Bəlkə bu şərəfsizliyi boyunlarına götürənlər də bu erməni Astavatsa sitayiş edirlər? Nədən olmasın?  

Faşizmin milliyəti və dini olmur. Xristian təəssübkeşliyi bir erməni uydurmasıdır. Mahiyyətcə və ideoloji olaraq ortada bir erməni faşizmi var və KMTM belə bir ölkəni sıralarında saxlamamalıdır. Faşist Almaniyası hücum etdiyi ölkələr xristian ölkələriydi. Bu gün Njde kimi bir üzdəniraq faşistin heykəlinə və ideologiyasına sitayiş edən Ermənistanı dəstəkləyənlər faşizmi bəsləyənlərdi. Vaxtı ilə faşizmə qarşı birgə mübarizə aparmış ölkələr bu fakta göz yummamalıdırlar.  Yəqin ki, erməniliyin milli mənsubiyyət, yaxud dini mənsubiyyət olmadığını bilməyənlər, anlamalıdırlar ki, ermənilik bir həyat tərzidir. Bu gün rus adından danışanlar Rusiya tarixini də unudublar. Ona görə də tarixə bir ekskurs edək.

18-ci əsrdə imperatriça Yelizaveta, 19-cu əsrdə 1-ci Nikolay və 3-cü Aleksandr, 20-ci əsrdə 1-ci Nikolayın fərmanları ilə ermənilərə qarşı tədbirlər həyata keçirilmişdi. Erməni keşiş Hovsep Arqutyan-Yerkaynabazuk rus çarı 1-ci Pavelə yaltaqlanaraq İosif Arqutinski olmuş və çara yalan danışaraq «ermənilər kilsələrdə ibadət edəndə Rusiya imperatoru və onun Ülyahəzrət Evi üçün də dua edirlər» demiş, hətta uydurma liturgiya mətnini də çara yollamışdı. Erməni keşişinə inanan 1-ci Pavel də Arqutyanlar nəslinə knyaz titulu vermişdi. Həmin vaxtdan sonra Arqutyanlar olmuşdular Arqutinski-Dolqorukilər, Rusiyada da erməniləri «xristian, pravoslav qardaşlar» saymağa başlamışdı.


Bu fırıldağın üstü 100 il sonra, 1891-ci ildə açıldı. Erməni keşiş Ter-Voskakovun məhkəməsində bəlli olub ki, ermənilər kilsə ibadətlərində heç vaxt (!) rus çarına dua etməyiblər. Eçmiədzin Sinodunun prokuroru F. Frernkelin başçılıq etdiyi istintaq göstərmişdi ki, ermənilər yalnız Eçmiədzinin təsdiqlədiyi ibadəti edir, yalnız katolikos və qriqorian xristianların şəninə mədhiyyələr deyirlər. Yerdə qalan bütün xristianlar, o cümlədən pravoslav ruslar isə «murdar kafirlər və yaramazlar» sayılır. Çar 1-ci Nikolay gəldikdə isə o, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarını ləğv edərək onların ərazisində Erməni vilayəti yaratmışdı. Lakin sonradan o, ermənilərin nə qədər təhlükəli olduqlarını anlayaraq 1840-cı ildə «Erməni vilayəti»ni ləğv edərək əraziləri Kaspiysk və Gürcü-İmereti quberniyaları arasında bölmüşdü. Ermənilər elə həmin vaxtlarda özlərinə dövlət qurmaq, ətraf əraziləri ələ keçirməklə bağlı planlar hazırlamağa başlamışdılar. Bu gün də onların həyasızlıqla Naxçıvana iddia etmələrinin kökündə duran tarixi fakt bundan ibarətdir.

 1882-ci ildə çar 3-cü Aleksandr erməni millətçilərinin kim olduğunu anlamış, 1882-ci ildə daxili işlər naziri Tolstoya müvafiq əmrlər vermişdi. Az sonra yüksək dövlət postlarındakı bütün ermənilər işdən çıxarıldı. 1885-ci ildə 160 erməni məktəb bağlandı. 1889-cu ilin martında isə tədris planlarından Ermənistan tarixi və coğrafiyası fənlərinin çıxarılması əmri verildi. 1902-ci ildə çar 2-ci Nikolay bütün erməni kilsələrinin əmlaklarının müsadirəsi və erməni məktəblərinin bağlanması barədə fərman imzaladı. Rus Pravoslav Kilsəsi isə erməni qriqorian kilsəsini, Eçmiədzini anafemaya verdi. Rus çarı II Nikolay, məhz ona görə bu kilsələrin fəaliyyətini qadağan edib bağlatdırmışdı. Osmanlıda da, Azərbaycanda da bu kilsələrin terrorizm mərkəzi kimi fəaliyyət göstərməsi sübut olunub. Keşişlər xaçı çoxdan 100 il bundan əvvəl silaha dəyişiblər. Erməni təbliğatçıları bu savaşın mahiyyətini dəyişmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar Çar Rusiyasının, Osmanlının və SSRİ-nin çöküşündə bu kilsələrdən güc mərkəzləri kimi istifadə olunub. Bu gün də Rusiyanın çöküşü terror mərkəzi kimi yaradılmış bu kilsəyə verilən sifarişlər arasındadır. Bütün bəşəri cinayətlər bu kilsə adıyla fəaliyyət göstərən mərkəzlərdə hazırlanır.  Bu gün isə öz işğalçılıq planlarına dini təəssübkeşlik donu geydirmək istəyirlər. Ermənistanın ən yaxın olduğu dövlət İrandır və silahdan tutmuş ərzaqadək təminatını İran həyata keçirir. Eləcə də Ermənistan, Suriya diktatoru Bəşər Əsədin dəstəklədiyi bir ölkədir. ABŞ tətbiq etdiyi sanksiyaları belə Ermənistan vecinə almadan bütün sahələrdə İranla əməkdaşlıq edir. Bu böyüklükdə faktı kor olaraq görməyən rus mətbuatının tərəfsizliyinə 10 milyonluq Azərbaycanda heç kim artıq inanmır. Zatulin kimi şərəfsizlərin, Jirnovski kimi boşboğazların və bu cərgədə dayanan velikorus şovinistlərinin başdan xarab sayıqlamaları Rusiyanın dövlət imicini zədələməkdədir. Erməni kilsəsini az qala faciə kimi təqdim etməyə girişən rusiyalılar, erməni vandalların dağıtdıqları məscidləri görməzdən gəldikləri kimi öz kommunist babalarının dağıtdıqları kilsələri saysınlar. Əlavə etdiyim foto şəkillərə də yaxşı-yaxşı baxsınlar. 

Yəni bu dini savaş deyil. Bu bir faşizmin doğuluşudur. Yekun olaraq bir daha təkrar edirəm ki, Ermənistanın insanlıq adına Qarabağda törətdiyi bütün cinayətlərdə bir şəriki var. O da Rusiyadır. Qarabağ torpaqlarında törədilən hər bir cinayətdə rus barmağı var. Bu təkcə 366-cı polk deyil, həm də Ermənistanda dislokasiya edilmiş 7-ci ordu (indiki 102-ci baza) hərbi birlikləri, Pskov polku, muzdlu kazak dəstələri və s. Rusiyanın bölgədə maraqlarını təmin etmək üçün bölgəyə, məhz Rusiya tərəfindən ezam edilmişdi. Bu qüvvələri daşıyan Mİ-8 vertalyotunu şəxsən vuran biri kimi yazıram. Xocalı öncəsi 7 gün ərzində rus vertaliyotları hərbi yüklər daşıyırdılar. O dövrdə (1991, dekabr-1992, yanvar) Ermənistanın vertaliyotları yox idi. Fakt olaraq məhv edilmiş bu terrorçulara Rusiyanın müxtəlif regionlarında və işğal ərazilərində qoyulmuş abidələr, onlara qarşı heç bir cinayət işinin qaldırılmaması yetərlidir. Çünki Rusiya qanunlarına görə də qanunsuz hərbi birləşmələrdə iştirak edənlər cinayət məsuliyyəti daşıyır. Üstəlik, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Dağ piyada rotasının Ağdərə rayonu Baş Güneypəyə kəndində məhv edilmiş 28 üzvünün 28 üzvündən yalnız 2 nəfəri erməni əsilli rusiyalı olduğunu satılmış rus mediasının diqqətinə çatdırıram. Tarix:12 mart 1992-ci il.  

Yəni Paşinyanın da etiraf etdiyi kimi Rusiya bütün fəlakətlərin memarı və baş rolunun ifaçısıdır. Bunu görməkdəyik. Qarabağda törədilmiş bəşər əleyhinə soyqırım cinayətinin altındakı qanlı barmaq izlərindən birinin sahibi Rusiyadır. Qaradağlı, Malıbəyli, Meşəli, Ağdaban, Ballıca və s. yaşayış məntəqələrindəki hərbi cinayətlərdən Rusiya yaxasını kənara çəkə bilməz. Bu gün rus mediası öz «satılmış dərisinə» bürünərək ümumxalq nifrətini Rusiyaya yönəltməkdədirlər. Bu gün Rusiya bir erməni oyunbazlığının yedəyində gedir. 90-cı illərdə olduğu kimi sifariş alan ermənilər, vəchlə hakimiyyətin qollarına və informasiya sahəsinə sızaraq Rusiyanı müharibəyə itələyir və bu yolla Qarabağda qalib gəlməyi, Sorosun savaş sifarişini yerinə yetirməyi və Azərbaycandan torpaq qoparmağı planlayır. Bu bir Soros sifarişidir və bu yolda erməni əsilli Lavrov — Mişustin — Simonyan troykası Rusiyanı fəlakətə sürükləyir. 90-cı illərdə Qorbaçovu əhatəyə alan erməniləri xatırlayın və nə qədər gec deyil, düşünün. Bu Rusiyanın sonu olacaq. Qarabağda Rus marağı əvəzinə Rusiyanın «hamilə olduğu» öz 28 «Qarabağlarınızı» düşünün. Bu gün imicinə hörmət edən heç bir dövlət Rusiya qədər erməni ruporu olacaq səviyyəyə düşməz. Əlbəttə öz informasiya məkanını satan bir dövlət kimi Rusiyanı daha pis günlərə hazırlayırlar. Məlum erməni planına görə növbəti «Bolşaya Armeniya» dayanacağı Cənubi Rusiya torpaqlarıdır. Rusiyada bu işi başlamaq üçün onu savaşa cəlb etmək başlıca məsələdir. ABŞ MKİ öz raportunda yazırdı: «Ermənilər bu uydurma ideologiyaya o qədər uyublar ki, reaktiv zəhərlə, yaxud da Atom stansiyasını partlatmaqla bütün İrəvanı zəhərləyib günahı Rusiyanın üzərinə atarlar». Vaxt varkən adları çəkilən ermənilərdən Rusiya və rus xalqı xilas olmağa çalışmalıdır.  Bu günlərdə rusiyalı ekspert Konstantin Sivkov maraqlı açıqlamalar vermişdi. Açıqlamada deyilirdi ki, “Troya atı” strategiyasının həyata keçirilməsi mövcud hakimiyyətin devirilməsi məqsədi ilə əhalinin kütləvi çıxışlarıyla müşayiət olunan sosial partlayışdan başlanmalıdır. Strategiyanın reallaşdırılmasının ikinci mərhələsində xarici qeyri-müntəzəm hərbi birləşmələrdən istifadə mümkündür. Üçüncü mərhələdə isə, daimi və qeyri-müntəzəm birləşmələr, ABŞ Hərbi-Dəniz Qüvvələri, döyüş aviasiyası və onların müttəfiqləri istifadə edilə bilər. Bundan sonra “Troya atı” başa çatır və təcavüzkarın silahlı qüvvələri silahlı mübarizənin ənənəvi formalarına keçirlər. 

Lakin rus mətbuatı bu plana qarşı çıxmaqdansa, günbəgün həyasızlıqda və yalançılıqda günbəgün onları satın almış ağaları ermənilərə bənzəməkdədir. Həqiqətən də Rus mətbuatını satın alanlar ermənilərdir. Əlbət ki, «mal yiyəsinə oxşayar». Bu gün erməni Kalantaryan-Lavrovdan «rus» jurnalistləri müsahibə alır. Müsahibədə “Russia Today” və “Rossiya Seqodnya” agentliyinin baş redaktoru Marqarita Simonyan, “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin və “Danışır Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan iştirak edirdi. Mənzərəyə diqqət edin. 3 jurnalistdən ikisi erməni, Vladimir Sunqorkin Gəncə faciəsini Xankəndi, işğal edilmiş ərazi sözlərini  dırnaq içərisində yazacaq qədər ermənidən də betər birisidir.

Erməni Lavrov bizim ölkədə ordu yerləşdirməkdən dəm vurur. Durmadan anti türk təbliğatını körükləyir. Gəncə fəlakətinə rəvac verir və bu gün də həlak olan məsumların qətlində rus silahı və rus barmağı olması ortadadır. Bu körpələri öldürən faşizmlə Rusiya qucaq-qucağadır.

Bu cür qanlı cinayətlərə son qoymaq üçün Tanrının Yer üzünə ədalət üçün göndərdiyi Türkləri günahlandırmağa çalışan erməni zehniyyətli Rusiya yanlış bir yolla yürüməkdədir. Bu xalq onun olanı alacaq! Lap 100 illik bir savaş olsa belə bu işğala son qoyacağıq. 60 milyonluq Azərbaycan xalqı bu fikirdədir. Türklər bizim qardaşlarımız, arada fərqimiz olmayan bir toplumuq. Lazım gəldiyi an onları çağırmağa ehtiyac yoxdur. Amma bunu Rusiya adından deyən şərəfsizlər, bu rusların etnik bağı olmayan Ermənistanda nə etdiyini, Suriyada nə itirdiyini, Liviyada nə axtardığəını müzakirə etsinlər. Gəmi batanda üzə birinci siçovullar çıxar. Anlayırsınızmı, bunlar niyə üzdədirlər? Gedin batmadan «ne mıtaya Rossiyanı» gəminizi çimizdirin. Problemin mahiyyətini hələ də bilməyən bu geri zəkalılar qeyri xalqlara ağıl vermək ədalarından əl çəkməlidirlər. Çünki lazım gələrsə, təkrar edirəm ki, bu Vətən uğrunda Rusiya ilə savaşmağı da gözə almış bir milləti yolundan öz yalan dezinformasiyaları ilə yayındırmağa çalışırlar. Amma unudurlar ki, bu gün 90-cı illər deyil. Liderimiz bəlli və məqsədimiz də gün kimi aydındır. Qarabağ Azərbaycandır! Bu gün liderimiz 60 milyonluq azərbaycanlıların lideridir və 300 milyonluq Türk dünyasının seçkinlərindəndir. Bu artıq bir xalqın qırmızı xəttidir.

Bu gün ermənilərin əliyalın, silahsız dinc sakinlərə və körpələrə «qalib» gəlmiş hərbi caniləri ortaya bir «Blits kriq» söhbəti ataraq cəbhədəki ağır məğlubiyyətlərinə haqq qazandırmağa çalışırlar. Güya Azərbaycan Ordusu 3 günə hücum edib torpaqları azad edəcəkmiş və «qəhrəman erməni ordusu» bu taktikanın qabağını alıblar. Ermənilərin bu axmaqlığını, nədənsə ruslar da təbliğ etməkdədirlər. Azərbaycanın belə bir bəyanatı olmayıb və biz ən azı ermənilərin qorxduğu «sürüngən müharibə» (ползучая война) taktikasına tam hazırıq. Biz az itkiylə öz sərhədlərimiz daxilində antiterror əməliyyatları aparmaqdayıq. Ermənilərin tələsən əsgərləri isə, ya ölür, ya da qaçıb canlarını qurtarırlar. Biz öz ölkəmizdəyik və bu günləri 30 ildi gözləyirik. Bu sahədə Rusiyadan bircə şeyə görə narazıyıq. Pulsuz verdiyi silahları bizə bu axmaq terrorçuların əliylə göndərməsin. Həm özü göndərəndə, həm də biz ələ keçirəndə əziyyət çəkməkdəyik. Elə artıq malı varsa, elə bir başa özümüzə göndərsə daha yaxşı olar. Lap adını «Blits kriq» qoyarıq ki, ermənilərin qondarma generalları inciməsinlər.

Rusiya mətbuatı dünyaya erməni yalanlarını sırımaq üçün bir rupora çevrilib. Puşkinin, Tolstoyun, Dostoyevskinin, Çexovun diliylə erməni yalanlarını yaymaq rus xalqını təhqir etməkdir. Rus xalqı qalxıb bu biyabırçılığa son qoymalıdır.

Azərbaycan Ordusu regionun ən güclü ordusu olması qəbul edilmiş bir həqiqətdir. «Global Fire Power» araşdırma şirkəti  «2020: hərbi güc reytinqi» adlı sənəddə ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edilib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəriciləri nəzərə alınıb. Azərbaycan bu cədvəldə 64-cü, Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sırada qərarlaşıb.

Amma Rusiya cədvəl tərtib edib. 1,45 milyon nəfər əhalisi (deyilən əhali sayı 2,9 mln. saxta rəqəmdir. Çünki hər bir ermənin 2, ya da 3 vətəndaşlığı var) olan Ermənistan ehtiyyat qüvvəsi 200 min, 10 milyon nəfər əhalisi olan Azərbaycanın isə ehtiyyat qüvvəsi 300 min nəfər kimi qeyd edilib. Dünya mətbuatı da bu məlumatı bir güclü dövlətin, regiona nəzarət edən bir ölkənin doğru məlumatı kimi qəbul edib yayır. Dezinformasiyanın yayılması üsuluna diqqət edin. Cəmiyyətdə yalan informasiyanı daha effektli yaymaq üçün ölkənin nüfuzlu və tanınmış adamlarının dilindən uydurma informasiyanın səsləndirilməsi ən effektiv üsul hesab edilir. Tanınmayan adamların yaydığı informasiyaya az adam inansa da, tanınmış adama daha çox insan inanır və anındaca mənbəsi olan informasiya kimi yayırlar.  Rus mənbələrinin yaydığı bir cədvəldə ehtiyyat qüvvə sayımızı azaltmağı nə məqsədlə etdiklərinə aydınlıq gətirirəm. Düşmən illərdir ki, bizi döyüşkən olmayan, hərbi qabiliyyətsiz kimi, həm öz xalqlarına, həm də dünyaya təqdim edir. Öz ölkələrində döyüş ruhunu yüksəltmək və dünyada isə ermənilərin məğlubedilməzlik mifini, döyüşkən xalq mifini formalaşdırmaq məqsədi daşıyır. Əlbət ki, burada da rupor Rusiyadır. Eyni informasiya xarici mətbuatlarda da eyni konteksdə verilir. Məsələn, BBC-Azərbaycanca yazır: «Azərbaycan ordusuna çağırış yaşı 18-dən 35-dəkdir. Müddətli hərbi xidmət 18 ay təşkil edir. Ali məktəb məzunları üçün qulluq müddəti 12 aydır. Orduda müqaviləli xidmətə 17 yaşından icazə verilir. Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilənin kvotalarına görə Azərbaycan ordusunda maksimum 70 min hərbçi qulluq edə bilər. Müxtəlif vaxtlarda real olaraq bu rəqəm 95 minə çatsa da (2005-2007) 2016-cı il üçün hərbi qulluqçuların sayı 66 mindir. Təxmini hesabalamalara görə ehtiyatda daha 300 min (?) nəfər var. 

Ermənistan üçün məhdudiyyət rəqəmi 60 mindir. Müxtəlif mənbələrin məlumatına görə, (Dağlıq Qarabağdakı hərbi birləşmələr nəzərə alınmadan) Ermənistan ordusunda 45 min hərbçi var. Ermənistanın ehtiyat imkanları 200 min olaraq göstərilir. Müxtəlif hesablamalara görə, Qarabağ qüvvələrinin sıralarında 20-22 min silahlı qulluqçı ola bilər. Ehtiyatda olanların sayı 20 mindən 30 minədək təxmin edilir.»

Bəziləri üçün bu fakt adi fakt kimi görünə bilər. İndi rus ruporunun erməni xislətinə uyğun bir yalanına diqqət yetirək. Səfərbərlik faizi, əgər 2,9 milyon nəfər götürsək, Ermənistan üçün 6,9%, (əslində qalan əhali sayı 1,45 mln. nəfərdir. Bu say  üçün isə 13,8%), separatçı əhali üçün 86 min nəfər üçün bu göstərici 34,9% təşkil edir (ermənilər 150 min nəfər deyir, buna uyğun göstərici isə, 20%-dir). Bu göstərici Azərbaycan üçün bu statistik məlumat 3% «elan» edilir, yəni 300 min ehtiyyat qüvvə. Rusiya, yalnız bu statistikada «balanslaşdırılmış» «siyasət» yürüdüb. Məqsəd erməni qorxaqlığının qarşısını almaqdır. Gecə bizim qorxumuzdan yanına vedrə qoyan erməni kişicikləri qorxmasınlar deyə bu statistikanı saxtalaşdırıblar. Azərbaycan bu təqdim edilən parametrlərlə ehtiyyat qüvvəsi 690 min nəfərdən 1,4 milyon nəfərədəkdir. Bircə faktı deyim ki, təkcə AVMVİB öz üzvlərindən bir veteran təşkilatı olaraq, ortaya Ali Baş Komandanın əmriylə 20-30 minlik bir peşəkar ordu çıxara bilər. Bu hər biri də döyüş görmüş peşəkar döyüşçü olan bir qüvvədir. Lakin bizim ölkənin əlavə qüvvəyə ehtiyacı olmaması səbəbindən bu qüvvədən istifadə edilmir. Erməni feyk xəbər yayaraq bizi suriyalı terrorçulardan, türk ordusundan istifadə etməkdə suçlayır və rus mediası bu feyk xəbəri yayınlayır. Bu erməni-rus həyasızlığıdır. Daxilində yetərincə insani qaynağı olan bir ölkəni suçlayanlar, bu pərdə arxasında bölgəyə olduqları Suriyadan terror dəstələrini erməni köçü pərdəsiylə gətirən, PKK-ASALA əlaqələri açıq olan, ən nəhayət, həm Rusiya, həm də Ermənistanın Suriya diktatorunun yanında yer almalarını və erməni -PKK terrorçularının Suriyada yaratdıqları terrorçu Nubar Ozanyan briqadasını (https://novostik.com/armyanskaya-brigada-nubar-ozanyan/), Livanda Vekaa vadisində erməni terror mərkəzinin mövcudluğunu bilmirlərmi? Öz adlarını bizə qoymaqla Rusiya bölgəyə sızmağı planlayır. Çünki Ermənistanla bağladığı sazişdəki son əlavələrdə terror təhlükəsi yarandıqda Rusiyanın iştirakına yol açılır. Ona görə də bizə qarşı aparılan bu qarayaxma kompaniyasında da bu siam «əkizləri» bir yerdədirlər. Bircə faktı deyim ki, «silaha əlvida» deməmiş köhnə döyüşçülər savaşa getmək üçün yalvarırlar. Lakin komplektləşdirilmiş müasir Ordumuzun bizlərə belə ehtiyacı yoxdur.

Bu necə olur ki, Rusiya Ermənistanla əl-ələ verib terrorçularla çiyin-çiyinə vuruşurlar, amma terrorçular gəlib bizə kömək edirlər? Ağlınıza it bağlayım. Barı dezinformasiyanı da vicdanla yaya bilmirlər. Bunca vicdansızlıq olmaz. Bunca ermənilik olmaz.

 Yaxud informasiya savaşının tarixi aspektində uydurma erməni tarixindən dəm vuranlar, deyirlər ki, Stalin Qarabağı Azərbaycana verib. Bunu deyən «paxmel» rusdan soruşulası suallarım var.- Stalin it oğlu Qarabağı Pənah xana 1750-ci ildə necə verib?- 1918-ci ilin sərhədlərini bu günə salan ruslar Zəngəzurun Qarabağ torpağı olmasını bilmirlərmi?- İşğalçı çar Rusiyası Qarabağ xanlığını işğal edəndə hansısa erməniylə bağladıqları sazişi nə əcəb tapıb üzə çıxara bilmirlər?

Əlbəttə ki, biz erməni yalan və həyasızlığına bürünmüş rus propaqandasının canlı ruporlarının nadanlığını qeyd etmişdim. Hələ də erməni xəstəliyi ilə yoluxmuş rus şovinizmi Azərbaycanın dik duruşunu həzm edə bilmir. İftira, böhtan və hər cür yalan vasitəsiylə qarayaxma kompaniyası aparmağa çalışır. Qarabağla bağlı bir ilkin məlumatı bu nadanların diqqətinə çatdırmaq istərdim. Qarabağ bir tamdır. 1922-ci ildə Qarabağ xanlığının Zəngəzur mahalını ayrıca bir ərazi kimi Rus bolşevikləri Ermənistana verdilər. Bizim ərazidə isə Qarabağı bir daha parçalamaq niyyətiylə qondarma bir bölgü apararaq Dağlıq Qarabağ adlı bölgə işarələtlədilər. Məqsədləri əsrin sonunda bəlli oldu. Bu gün bu rus planının icraçısı olan erməni faşizmini cinayət üstündə cəzalandırmaqdayıq. Rusiya niyə narahatdır? Biz öz torpağımızda öz sərhəddimizin davasını aparırıq. Siz niyə narahatsınız? 100-lərlə xalqı tarixin yaddaşından silmiş bir imperiya kimi hansı haqla və meyarla bizim ölkədə separatizmi müdafiə edirsiniz?

Cəmi 1-cə günlük bir bolşevik yanlışıyla DQ Ermənistana verilib. Bu tarixdə Qarabağın erməniyə aid olmasını əks etdirən yeganə faktdır.

Ermənilərin yalançı tarixçiliyinin virusları rusları da yoluxdurub. Rus «ağlıyla» erməni tarixini belə xarakterizə etmək olar: «1921-ci il 5 iyul Nazaretyanın Orcanikidze ilə gizli əlaqələri hesabına 1 günlük qüvvədə olmuş və 6 iyulda dəyişdirilmiş yanlış qərarı əsas götürən axmaq yığnağının iddiasına görə tarixin bütün dövrlərində Azərbaycanın olmuş Qarabağı XX əsrdə Stalin, sən demə XVIII əsrdə yaşamış Qarabağın əsil sahibinə-Pənah xana verir. Buna sərxoş rus ağlının erməni axmaqlığına qarşması demək olar.»

Əsil qısa tarix isə belədir: «Pənah xanın oğlu İbrahimxəlil xan hay-boş qaraçısı kimi Zəngəzura gələn Şahnəzərin qızı Hürzada aşiq olmağı sayəsində ermənilərin ərazilərdə görünməyə başladılar. Dizaq, Çiləbörd, Gülüstan, Ulubab alban-türk məliklərini ram etmək üçün hay-boşlardan istifadə etmək siyasəti yürüdüldü. Bu vaxtlar Yuxarı Xaçın ərazisi də üç məlikliyə parçalanmışdı. Dəfnə xatun sülaləsi Ulubəyoğulları, Aytinoğulları və Doğanoğulları məlik sülalələrinin simasında varlığını davam etdirmişdi. Ulubəyoğulları sülaləsi sonradan İbrahimxanın izdivacından sonra məğlub edilərək Vərəndə məliyi hüququnu qaynatasına Məlik-Şahnəzərə vermişdir. Vərəndə bir beçeneq-qıpçaq tayfasının adı olmasını rus alimləri də təsdiq edir. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346-347). N.A.Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79). XIII əsrin əvvəllərində monqolların Cənub-şərqi Avropada hakimiyyətindən sonra Bərəndə (Vərəndə) tayfasının bir hissəsi Bolqarıstan və Macarıstana getmiş, digər hissəsi Dərbənd keçidi ilə Azərbaycana gəlmişdir.

Şahnəzərin hay-boş köçü qaraçı taboru kimi Qarabağın Zəngəzur mahalında pinəçilik, çəkmə tikmək və s. işləriylə məşğul olurdular. Xanla qohum olduqdan sonra da bu qaraçı hay-boşları Şuşaya buraxılmasına əsilzadə bəylər etiraz etmiş və usta kimi işləyən erməniləri qaynatası İbrahimxəlil xan at tövlələri olan Xankəndindəki tövlələrdə yerləşdirir (1770-ci il). Sonrakı proseslərdə isə Vərəndə məliyi elan edir və gerisini də ris işğalçı planlarını quranlar yaxşı bilirlər. Erməniləri Qarabağa yerləşdirən zaman ruslar yerli bəylərlə bir müqavilə imzalayıb ki, yerli bəylər istədikləri zaman ruslar tərəfindən köçürülmüş ermənilər bu torpaqları tərk edəcəklər. Sənədin nümunələri Sankt Piterburq arxivlərindədir. Gedin və oxuyun.»

Rusiya bunca illər gizlətməyə çalışdığı (ix tam net) hərbi cinayətləri, məhz bu beyinsizlərin hesabına bir-bir üzə çıxır. Buna görə onlara bir «molodes» də düşür.

Sizcə qadağan olunmuş ballastik raketlər, S-300 ZRK və digər texniki vasitələr separatçı terroristlərin əlinə necə düşüb? Yəqin ki, Putini «yuxuya verərək Kalantarov oğurlayıb». Digər bir məsələ isə Zatulin kimi vicdansızın və Solovyev kimi «yala hürən» birisinin həyasızcasına ermənilərin terrorçu kimi nə etdiyini soruşmasıdır. Yəni bu insanların şərəfsiz olduqlarını bilirdik, amma bunca nadan olduqlarını da öyrənmiş olduq. Separatizm bir terror hadisəsi kimi meydana gəlir.

Rusların mifləşdirib ortaya atdığı qondarma erməni «müqəddaratı təyin etmə» oyunu və Kazimirov-Qraçovun «İNOBİS» planı iflasa uğrayacaq. Qafqaza gətirdiyiniz bu ermənilik bəlası isə Rusiyanı ruslar üçün tezliklə cəhənnəmə çevirəcəklər. Buna əmin olun.

Terrora gəlincə isə Azərbaycanın 811 yaşayış məntəqəsinin darmadağın edilməsi, talan edilməsi, partladılması, dinc əhalinin öldürülməsi və ən son dinc əhalinin hədəfə alınmasının məqsədi, adını nə qoya bilərsiniz? Ermənistanın işğal etdiyi ərazilərdə 811-dən artıq yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti, 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı təcavüzün qurbanı olmuşdur. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçılar tərəfindən talan edilmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır. Sizcə və daha dəqiq desək, rusca bunun adı nədir, hinger Solovyev?

 İllərdir ki, Rusiya əliyalın Azərbaycan insanından «dinc erməni tankistini», dişinəcən silahlı «erməni terroristini» qorumaqla məşğul olub. Rusiya Qafqazda qalmaq istəyirsə, bölgədə yerləşdirdiyi «oyuncaqlarını» da götürüb Moskoviyaya çəkilsin. Ağdamın xarabəliklərini terror hadisəsi kimi görməyən bir xalqın Qafqazda nə ölümü var?

Deyək ki, hay-boşlar Artemid xarabəliklərində hiyeredul cocuqları kimi yarandıqlarından xarabalıqları sevərlər, bəs bu işğalda baş rolda olan Rusiya, niyə Helsinski Aktını, Cenevrə Konvensiyasını, “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasını, “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasını, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrini bunca illər görməzdən və eşitməzdən gəlirlər?

Bu da faktdır ki, bu tam olan Qarabağda bu gün Bərdə, Beyləqan və Ağcabədi daxil olmaqla 1 milyon 100 min azərbaycanlı yaşamaqdadır. Erməni qaynaqlarının verdiyi məlumatlara görə isə bu ərazidə 86 min erməni yaşamaqdadır. Bu əhalinin 800 min nəfəri məcburi köçkünə çevrilib. Sizcə, əhalisi 86 min qoca-qaltaqdan ibarət bir Dağlıq Qarabağ, bu 800 min adamı qovması nağılına bunca illər dünya kimin hesabına inanıb? Əlbəttə ki, rus xalqının boğazından kəsilən, təqaüdçüsünün təqaüdündən kəsilən milyonlar solovyevların, kolorevlərin, simonyanların, babayanların, baqdasarovların və bunlara bənzər məxluqların sayəsində dünya 800 minlik toplumun 86 minlik toplumdan az olmasına inanmaqdadır. 800 min insanın müqəddəratı təyin etmə hüququnun adı çəkilmir, amma 86 min qarımış bir toplumun müqəddaratından dəm vururlar. Bu gün 800 minlik toplum olan əsil qarabağlılar öz müqəddaratını bu 86 min separatçılıq virusu ilə zəhərlənmiş yığnağın Qarabağdan qovulmasında görürlər. Bununla bağlı öncə Azərbaycan hökumətinə, daha sonra isə BMT-yə müraciət edəcəyik. Bunu da bir qarabağlı kimi deyirəm.

Bu gün dünyanın bölüşdürülməsinin son sənədi Helsinki aktıdır. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları onun yekun aktını imzaladılar. O müddəaları yazıya əlavə edin və müddəalara diqqət edin:

  1. Suveren bərabərlik prinsipi; *Ermənistan tərəfindən pozulub.
  2. Zor işlətməmək prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  3. Sərhədlərin toxunulmazlığı prinipi; *Ermənistan bu prinsipi də pozub
  4. Dövlətlərin ərazi bütövlüyü prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  5. Mübahisənin dinc yolla həll olunması prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi; *Ermənistan bu prinsipi də pozub
  7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi; *Ermənistan bu prinsipi də pozub
  9. Dövlətlər arasında əməkdaşlıq prinsipi; *Ermənistan bu prinsipi də pozub.
  10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.*Ermənistan bu prinsipi də pozub.

Bütün müddəaları ermənilər pozub. Bizi isə, «Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;» müddəasını pozmaqda günahlandırmaq istəyir və bu müddəanı al-ver predmetinə çevirməyə çalışırlar. 9 maddəni bizim üçün təmin etsələr 7-ci maddə avtomatik öz həllini tapar. Hər halda paktən 10 maddəsinə ziddiyyət təşkil edən maddənin prinsipləri yanlış yozulur.

Məlumat verim ki, bu şərəfini itirmişlər də öyrənsinlər. Ermənilər öz əsgərlərini köpək kimi zəncirlə postlara bağlayıb əllərinə silah verirlər. Solovyev və ona bənzər məxluqlar, bəlkə onların müqəddaratı ilə maraqlansınlar. Öz xalqına qarşı bu vəhşiliyi törədənlərin adını qoy elə rus ruporları versin. Çünki bütün axmaq terminləri 27 ildir onlardan eşitməkdəyik. «Həlli olmayan problem», «status-kvonun dəyişməzliyi», «təmas xətti», «sülh məramlı faşizm» və s. Fotolardakı şəxslər erməni əsgərləridir və onları bu hala erməni faşizmi və onların rus ruporu olanlar salıb.

Qaldı danışıqlar masasında biz Kalantaryan — Lavrovun diqtəsiylə oturmamalıyıq. Otursaq da klassik anlamda ikinci növ kontribusiya razılaşması üçün oturmalıyıq. Ermənistanda öz telefonuyla Ağrı dağın fotosunu çəkən birinin kod adı Lavrov olduğunu rus xalqı anlamalıdır və bizim bu müharibədə itkilərimiz ilkin hesablamalara görə 800 milyard — 1 trilyon dollar arasındadır. Bu zərəri ödəməkdə də Ermənistana cinayətlərdə şəriklik etmiş, Mişustin — Lavrov — Simonyan Rusiyası şəriklikdən geri durmamalıdır. Bura talan edilmiş kənd və şəhərlərimiz, təbii sərvətlərimiz, maddi-mədəniyyət abidələrimiz, bu 30 il ərzində məcburi köçkünlərə ödənilmiş maliyyə vəsaitləri, onların məskunlaşdırılmasına xərclənmiş vəsaitlər, bu məqsədlə alınmış kreditlər və apardığımız müharibənin xərcləri daxil edilməlidir.

İkinci növ kontributsiya (təzminatlar) müharibənin sonunda məğlub olan dövlətin hökumətinə tətbiq edilirdi və müharibə xərclərini qazanan şəxsə təzminat şəklində ödəyirdi. Bir qayda olaraq, qalib yalnız ərazinin fəthi ilə əlaqəli hərbi xərcləri ödənməsini deyil, həm də müharibə nəticəsində ortaya çıxan bütün itkilərin əvəzinin ödənməsini istəyirdi. Burada təzminat məbləğinin təyin edilməsində beynəlxalq məhkəmələrə müraciətlər, ya fərdi, ya da rayonbarayon edilməlidir.

Xatırladım ki, təzminat tətbiq edilməklə hərbi itkilərin kompensasiyası, xüsusilə Napoleona qarşı Koalisiya müharibələri dövründə baş verib. Xüsusən də Makronun Fransasının imperatoru Napoleon, Rusiya İmperatorluğunun ödəmədiyi Tilzit Sülhü xaric, təzminat ödəmədən tək bir sülh müqaviləsi də bağlamamışdı. 1815-ci ildə Müttəfiqlər öz növbəsində Fransaya böyük bir təzminat tətbiq etmişdilər.

Bu gün artıq Rusiya yaxşı bilir ki, Ermənistanı müharibəyə, məhz Fransa sürükləyib və bu yolla Liviyada olduğu kimi Rusiyanın çöküşündə öndə olmağı planlamışdı və axmaq Paşinyanla birgə tələyə düşdü. Bu erməni oyunbazlığının içində Lavrov başda olmaqla, bütün ermənilərin pulla satın aldığı rus KİV-ləri vardı və Türkiyə Rusiyanın məhv edilməsinin qarşısını aldı. «Troya atı» strategiyası ertələndi və ən azı buna görə Rusiya bizə minnətdar olmalı, hakimiyyəti xalq ayağa qalxmadan ermənilərdən təmizləməyə başlamalıdır.

Rusiya Gəncədə, Ağdamda, Tərtərdə, Bərdədə, Ağcabədidə və digər dinc əhalinin məhvinə yönəlmiş cinayətlərdə suçlu durumundadır. Terrorçuya silah verən və onu dəstəkləyən terrorçu bir dövlətdir, ən azı terrorçu dəstəkçisidir. Atılan ballastik raketləri, nə Ermənistan, nə də Rusyanın qondardığı separatçı-terrorçu rejim öz üzərinə götürmür. Rus silahını sizcə atan kimlərdir? 

Sualın cavabını, bu gün efirə buraxdığınız informasiya dəllalları nadan olduqları üçün bilməzlər. Amma bu cavabı ötən əsrin əvvəllərində baş verən hadisələrlə bağlı böyük dramaturq Cəfər Cabbarlı yazdığı «1905-ci il» əsərində cavab verib: «Atan kazaklardır». Bəli, XXI əsrin əvvəllərində də atan «kazaklardır». «Gruz-200»-ləri bir araşdırın… 

90-cı illərdə bizlər Sovet İttifaqında rus «ədalətini» görmüş insan kimi bircə faktı açıqlayım ki, Sovet ordusu azərbaycanlı yaşayış məntəqələrində yaşayanların silahlarını yığır və erməniləri isə silahlandırırdılar. Üstəlik, imkan düşən kimi bizim kəndləri erməni arağının «dozasına» uyğun olaraq atəşə məruz qoyurdular. Bu gün də eyni üslubda terrorçu rejimi pulsuz olaraq silahlandırılmasında görməkdəyik. Bu ölkənin humanitar yükü raket və mərmilərdir. Gəncə şəhərində öldürülmüş hər bir körpənin əli sizin olmayan vicdanınıza yazılır. «Şərq incə bir məsələdir». Düşmənçiliyi də kişi kimi aparmaq lazımdır, erməni kimi yox. 

Rusiya bizimlə dost kimi qalmaq istəyirsə, Qafqaz siyasətinə yenidən baxmalıdır. Qafqaz gəlmələri əməlinə uyğun qarşılar və yolçu edər…

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: